Bazar ertəsi, 8 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qadın şiddətə məruz qalarsa…

XƏYALƏ
01/07/2022 15:21
550
BAXIŞ
FacebookTwitterTelegram

 

Demək olar ki, hər həftə qadınların şiddətə məruz qalması barədə məlumatlar alırıq. Bəzilərinin sonu ölümlə belə nəticələnə bilir. Şiddət hadisələrinin bir çoxu küçədə, insanların gözü önündə baş verir. Lakin insanlar göz görə-görə bir insanın öldürülməsinə səssiz qalırlar. İnsanların bu qədər hissizləşməsinə səbəb nədən qaynaqlanır? Bu problemin həlli nədir?

Mövzu barədə Medianews.az-a açıqlama verən psixoloq Gülnarə Muxtarova bildirdi ki, qadınların şiddətə səssiz qalmasının müxtəlif səbəbləri var:

“Bu hallar ilk deyil. Təəssüf hissi ilə bildirirəm ki, son da olmayacaq. Nə qədər ki, toplumumuzda belə potensial zərərverici, zərərli davranışlara meyilli insanlar var, o qədər də bu hadisələr olacaq. Səbəblərdən biri budur ki, cəmiyyətdə bu kimi mövzuların maarifləndirilməsi aparılmır. Videolardan da görünür ki, insanlar kənardan izləyir, amma sadəcə izləməklə kifayətlənir”.

Psixoloq bildirdi ki, kütlə psixologiyası da öz sözünü deyir:

“Kütlə psixologiyası odur ki, bir neçə insan eyni anda bir mənzərəni izləyirsə, orada fərqi yoxdur 10 və ya 100 insan olsun, demək olar ki, heç birindən mənzərəni- digər insanın şiddət görməsinin qarşısını almaq üçün hər hansısa bir cəhd olmur. Orada olan hər bir insan fikirləşir ki, mən kömək etməsəm, onsuz da başqası kömək edəcək. Mən gedib yaxınlaşıb nəsə deməsəm digəri edəcək. Hər biri bu fikirdə olduğu üçün nəticə olaraq şiddətə məruz qalan insan heç birindən dəstək və ya yardım görmür. Təəssüf ki, bu kütlə psixologiyasının dezavantajıdır”.

Gülnarə Muxtarova qeyd etdi ki, şiddət göstərən insanın heç vaxt normal psixologiyası ola bilməz:

“Şiddət göstərən insanın bu qədər canicə, qorxmazca küçənin ortasında, toplum arasında xanıma şiddət göstərməsi sağlam insan psixologiyası ola bilməz. Mütləq ki, bir sıxıntı var. Psixiatrik, ruhi xəstəliyi olduğunu da deyə bilərik. Çünki heç bir sağlam insan ailəsinin bir üzvü, həyat yoldaşı olan bir xanımı məsələ, problem, mövzu nə olur olsun toplum, insanlar içində şiddətə məruz qoymaz”.

Psixoloqun sözlərinə görə, işin içinə toplum olaraq qarışmaq lazımdır:

“İnsanları bu mövzularda maarifləndirmək, psixoloji dəstək olunmalıdır. Çox yaxşı olardı ki, ailədaxili problemlər yaşayan insanlar psixoloji dəstək alsın. Düzdür bu gün hər kəsin psixolojik dəstək almağa maddi və mənəvi gücü çatmaya bilər. Bu kimi mənzərələrin qarşısını ala bilməyimiz üçün ailəsində şiddət görmüş xanımlar, ailədaxili problemlər yaşayan insanların psixoloji dəstək alacağı qurumlar, təşkilatlar yaradılmalıdır. Şiddətə məruz qalmadan öncə insanların dəstək alıb, vəziyyətlərini düzəltməkləri üçün mütləq ki, dəstək komitələri olmalıdır. Yoxsa toplumumuzda insanlar bu qədər vəhşiləşməz. Yoxsa bu şiddət göstərmək halları ilə daha tez-tez qarşılaşa bilərik”.

Gülnarə Muxtarovanın fikrincə, insanlara təsir edən faktlardan biri izlədikləridir:

“Bu gün izlədiyimiz filmlər, seriallar, qadına qarşı şiddəti açıq-aydın nümayiş etdirən seriallar da toplumda bir çox şeylərdə mühüm rol oynayır. Bilirik ki, izlədiyimiz hyadisələr həm xanımlara, həm bəylərə təsir edir. Bu kimi hadisələri izlədikdən sonra özləri də bunu çox rahat edə biləcəklərini düşünürlər və edirlər. Etdiklərində də cəmiyyətdən hər hansısa qınama, günahlandırma görmürlər. Məsələn videoları nə qədər insan izləyir və nə qədər insan səssiz qalır”.

Psixoloq bildirdi ki, şiddət cəmiyyətin bütün üzvlərinin problemidir:

“Səssiz qalmalarına səbəb də insanların bu cür problemlərə baş qoşmaq istəməməsidir. Bu problem əslində cəmiyyətimizin problemidir. Cəmiyyət olaraq problemimizdir və məhz buna görə də vəhşicəsinə şiddət göstərmək, sonunun ölümlə nəticələnəcəyini bildiyimiz halların qarşısını almaq üçün artıq bir dəstək komitələri yaradılmalıdır”.

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirdi ki, zorakılıq olan ailələr üçün sosial işçilər müəyən olunmalıdır:

“Nə qədər ki bunlar yoxdur belə hallar baş verəcək. Onun sayının azalması üçün dərhal və çevik addımlar atılmalıdır.  Bunun üçün cəmiyyətin özünəməxsus dəyərlərini nəzərə almaqla strategiya müəyyən edilməlidir. Dünyada bu sahə üzrə müxtəlif praktikalar var. Məsələn, bəzi ölkələrdə tanınmış kişilər irəli çıxıb qadın zorakılığının əleyhinə olduqlarını bəyan edirlər. Və ya hansısa məşhur şəxs problemli ailəyə gedərək zorakılıq törədən kişini qınayır. Bizdə bu praktikanı tətbiq etmək çətin olar. Çünki cəmiyyət olaraq özümüzə məxsus milli dəyərlərimiz və təsəvvürlərimiz var. Bizdə hansısa tanınmış kişinin məsələyə qarışması tamamilə əks reaksiya yaradar. Azərbaycan ənənəsində ağsaqqallar institutu vardı. Təəssüf ki, həmin institut deformasiyaya uğrayaraq tədricən sıradan çıxdı. Düşünürəm ki, ağsaqqallar institutu yenidən bərpa edilməlidir. Çünki ailədaxili zorakılıq kimi problemlərin həllinə ağsaqqallar cəlb edilə bilərlər.

Azərbaycanda nə qədər şiddət, zorakılıq və qətl hallarının baş verdiyini anlamaq üçün son ayların kriminal xronikasına baxmaq kifayətdir. Dəfələrlə atalığı tərəfindən zorlanmaya məruz qalmış, hamilə qalmış, sonra isə uşağını itirmiş 12 yaşlı qızın hadisəsi indiyə qədər cəmiyyət tərəfindən müzakirə olunur”.

Xəyalə Rəis

Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.

 

 

DAHA ÇOX OXU

“İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir”- Teleaparıcı
1-MANŞET

“İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir”- Teleaparıcı

08/08/2022 16:38
Səlim Müslümovun bu əmlaklarına həbs qoyuldu – SİYAHI
1-MANŞET

Səlim Müslümovun bu əmlaklarına həbs qoyuldu – SİYAHI

08/08/2022 16:31
Britni Spirsin keçmiş həyat yoldaşı: Uşaqlar analarını görmək istəmirlər!
1-MANŞET

Britni Spirsin keçmiş həyat yoldaşı: Uşaqlar analarını görmək istəmirlər!

08/08/2022 15:56
“Azərbaycandakı bu şirkətlərin arxasında erməni iş adamları dayanıb” – Nəqliyyat eksperti
1-MANŞET

“Azərbaycandakı bu şirkətlərin arxasında erməni iş adamları dayanıb” – Nəqliyyat eksperti

08/08/2022 15:46
Tarkandan anasına: Oğlun səni çox sevir!
1-MANŞET

Tarkandan anasına: Oğlun səni çox sevir!

08/08/2022 15:10
Ermənilər Laçını belə tərk edir – VİDEO
1-MANŞET

Ermənilər Laçını belə tərk edir – VİDEO

08/08/2022 14:07
SON XƏBƏR
MEDİA 39 xəbər saytına maliyyə yardımı edəcək – SİYAHI

MEDİA 39 xəbər saytına maliyyə yardımı edəcək - SİYAHI

İranda dəhşətli yol qəzasında 14 nəfər yanaraq həlak oldu – VİDEO

İranda dəhşətli yol qəzasında 14 nəfər yanaraq həlak oldu - VİDEO

İlhamə Qasımovadan həmkarlarına atmaca: “Bu gün konsert etsək, köhnə müğənninin zalı dolar?” – VİDEO

İlhamə Qasımovadan həmkarlarına atmaca: “Bu gün konsert etsək, köhnə müğənninin zalı dolar?” - VİDEO

Xəbər lenti

“İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir”- Teleaparıcı

“İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir”- Teleaparıcı

08/08/2022 16:38

Səlim Müslümovun bu əmlaklarına həbs qoyuldu – SİYAHI

Səlim Müslümovun bu əmlaklarına həbs qoyuldu – SİYAHI

08/08/2022 16:31

Britni Spirsin keçmiş həyat yoldaşı: Uşaqlar analarını görmək istəmirlər!

Britni Spirsin keçmiş həyat yoldaşı: Uşaqlar analarını görmək istəmirlər!

08/08/2022 15:56

“Azərbaycandakı bu şirkətlərin arxasında erməni iş adamları dayanıb” – Nəqliyyat eksperti

“Azərbaycandakı bu şirkətlərin arxasında erməni iş adamları dayanıb” – Nəqliyyat eksperti

08/08/2022 15:46

Tarkandan anasına: Oğlun səni çox sevir!

Tarkandan anasına: Oğlun səni çox sevir!

08/08/2022 15:10

Rza Zərrabla sevgili oduğu deyilən TANINMIŞ MÜĞƏNNİ EVLƏNİR – FOTO

Rza Zərrabla sevgili oduğu deyilən TANINMIŞ MÜĞƏNNİ EVLƏNİR – FOTO

08/08/2022 15:07

İspaniya bu əsrin ən böyük meşə yanğınları ilə mübarizə aparır

İspaniya bu əsrin ən böyük meşə yanğınları ilə mübarizə aparır

08/08/2022 14:48

Victoria Beckham və Nicola Peltz arasında iddia edilən soyuq müharibə: Onlar bir-birinə dözə bilmirlər

Victoria Beckham və Nicola Peltz arasında iddia edilən soyuq müharibə: Onlar bir-birinə dözə bilmirlər

08/08/2022 14:40

Ermənilər Laçını belə tərk edir – VİDEO

Ermənilər Laçını belə tərk edir – VİDEO

08/08/2022 14:07

Azərbaycanda ŞOK İDDİA: ana 1 yaşlı oğlunu öldürmək istədi

Azərbaycanda ŞOK İDDİA: ana 1 yaşlı oğlunu öldürmək istədi

08/08/2022 14:01

Samirə Yusifqızı: “Bir milyonluq evim Buzovnada yerləşir” – VİDEO

Samirə Yusifqızı: “Bir milyonluq evim Buzovnada yerləşir” – VİDEO

08/08/2022 13:59

“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil” – VİDEO

“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil” – VİDEO

08/08/2022 13:52

Heyvanlara qarşı zorakılıq tətbiq edənləri hansı cəza gözləyir?

Heyvanlara qarşı zorakılıq tətbiq edənləri hansı cəza gözləyir?

08/08/2022 13:52

Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı

Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı

08/08/2022 13:44

Səfər Mehdiyev yol polisini təhqir etdi: “Sən nə həyasız adamsan?” -VİDEO

Səfər Mehdiyev yol polisini təhqir etdi: “Sən nə həyasız adamsan?” -VİDEO

08/08/2022 13:18

Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA – FOTO

08/08/2022 12:57

“Olar səni qucaqlayım?” şeiri ilə məşhurlaşan qiraətçi- “İnsan sevdiyi ilə qucaqlaşanda …” – MÜSAHİBƏ

“Olar səni qucaqlayım?” şeiri ilə məşhurlaşan qiraətçi- “İnsan sevdiyi ilə qucaqlaşanda …” – MÜSAHİBƏ

08/08/2022 12:51

Azərbaycan öz ədalətli mövqeyini qəbul etdirmək üçün tək mübarizə aparır – Hərbi ekspert

Azərbaycan öz ədalətli mövqeyini qəbul etdirmək üçün tək mübarizə aparır – Hərbi ekspert

08/08/2022 12:24

Mövlud Çavuşoğludan Ermənistana XƏBƏRDARLIQ

Mövlud Çavuşoğludan Ermənistana XƏBƏRDARLIQ

08/08/2022 12:15

Əməkdar artistə ağır itki üz verdi

Əməkdar artistə ağır itki üz verdi

08/08/2022 12:11

Bakıda polis əməliyyat keçirdi: 61 nəfər saxlanıldı – VİDEO

Bakıda polis əməliyyat keçirdi: 61 nəfər saxlanıldı – VİDEO

08/08/2022 11:49

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ: Bunu qətiyyən etməyin!

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ: Bunu qətiyyən etməyin!

08/08/2022 11:28

Məktəbli oğlan xalası qızına təcavüz etmək istədi, oxlovla döyüldü – Sabirabadda ŞOK OLAY

Məktəbli oğlan xalası qızına təcavüz etmək istədi, oxlovla döyüldü – Sabirabadda ŞOK OLAY

08/08/2022 11:22

Emindən xanımı ilə bağlı paylaşım – FOTO

Emindən xanımı ilə bağlı paylaşım – FOTO

08/08/2022 10:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.