İstanbulda 24 yaşlı gənc qız evində ölü hada tapılıb.
Medianews.az xəbər verir ki, sözügedən gənc qız Dilan Öz bir zamanlar Türkiyədə məşhur “Kısmetse Olur” yarşmasının iştirakçısı olub.
Nənəsi ilə eyni evdə yaşayan Dilan Eylem Özdən iki gündür xəbər almaq mümkün olmayıb. Nənəsi kəndə getdikdən sonra evdə tək qalan Dilan Özlə əlaqə qura bilməyən qohumları evin qapısını sındırıblar. Evə daxil olan qohumlar Dilan Özün hərəkətsiz yatdığını görüblər.
Xəbərdarlıq üzərinə hadisə yerinə polis və təcili yardım gəlib. Sağlamlıq qrupları Dilan Eylem Özün həyatını itirdiyini təyin edib. Hadisə yerinin araşdırılmasından sonra Dilan Özün cəsədi yarılma üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.
Dilan Eylem Özün dəqiq ölüm səbəbi isə yarılma sonunda müəyyənləşəcək.
Medianews.az