Bazar ertəsi, 8 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

XƏYALƏ
30/06/2022 17:10
468
BAXIŞ
FacebookTwitterTelegram
İyunun 16-da Sumqayıt şəhəri ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Sərnişin avtobusunda baş verən məlum hadisə barədə sosial şəbəkədə videogörüntülər yayılıb.
Mövzu barədə Medianews.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirdi ki, qeyd olunan hadisədə hər iki tərəfin qanuna və hüquqa zidd davranışı müşahidə olunmaqdadır: “Belə ki, əvvəlcə sərnişin Sənubər Baxşəliyeva sürücünü söyərək daha sonra əlindəki çantayla sürücüyə zərbə endirib. Daha sonra sürücü Aqil Kosayev qadını bərk itələyərək onun avtobusdan arxası üstə yıxılmasına səbəb olaraq qadın yüngül bədən xəsarətləri alıb. Videodan görünür ki, sürücü xəsarət almamış və ya alsa belə çox güman ki, aldığı xəsarətlər məsuliyyət yaratmayan dərəcəsi müəyyən olunmayan xəsarətlərdir”.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—1000 manatdan 1500 manatadək miqdarda cərimə olunur. Bundan başqa  240 saatdan 360 saatadək ictimai işlər eyni zamanda bir ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Vəkil bildirdi ki, bu hadisə də sərnişin də məsuliyyətə cəlb edilməlidir:
“Yəni, ilk baxışdan sürücü Aqil Kosayevin əməlində Cinayət Məcəlləsinin 127-128-ci maddələrindəki cinayətin əlamətləri müşahidə olunur. Sərnişin Sənubər Baxşəliyevanın hərəkətlərində isə ilk baxışdan xırda xuliqanlıq və döymə inzibati xətalarının əlamətləri sezilir. Çünki sərnişin cəmiyyətə açıqca hörmətsiz edən hərəkətlər edərək ictimai qaydanı pozmuş, sürücüyə fiziki ağrı yetirmişdir”.
“İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur”.
Turan Abdullazadənin sözlərinə görə, sürücünün etdiyi sadəcə özünümüdafiə deyildi: “Bəziləri səhvən qeyd edirlər ki, sürücü sadəcə özünü müdafiə edib. Lakin mən burada zəruri müdafiənin olduğunu düşünmürəm. Ən yaxşı halda zəruri müdafiə həddi aşılmışdır. Çünki Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Yəni, sürücü qadının əl qolunu fiziki qüvvə ilə zərərsizləşdirib onu uzaqlaşdıra biləcəyi halda, onu vuraraq itələmişdir”.
Hüquqşünas qeyd etdi ki, Aqil Kosayevin əməlində cəzanı yüngülləşdirən hallar da müşahidə olunmaqdadır: “Belə ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Cəza təyin edilərkən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Düşünürəm ki, sərnişin Sənubər Baxşəliyevanın sürücünü təhqir edərək çanta ilə vurmağa çalışması, ona fiziki ağrı yetirməsi işə baxan hüquq mühafizə orqanları və məhkəmələr tərəfindən yüngülləşdirici hal qismində nəzərə alınaraq ona daha yüngül cəza veriləcəkdir”.
Zərif Ülvizadə
Medianews.az

DAHA ÇOX OXU

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO
1-MANŞET

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

08/08/2022 10:29
“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq
export

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

08/08/2022 10:22
DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
1-MANŞET

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

08/08/2022 10:21
Polis rəisi ağır qəza törətdi – Ölən var
1-MANŞET

Polis rəisi ağır qəza törətdi – Ölən var

08/08/2022 10:18
Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO
export

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

08/08/2022 10:17
Bakıda şagird faciəvi şəkildə öldü
export

Bakıda şagird faciəvi şəkildə öldü

08/08/2022 10:16
SON XƏBƏR
Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

Türkiyə polisinin keçirdiyi "Dəmir Yumruq" əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

Məşhur proqram ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

Məşhur proqram ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı - FOTO

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

Meşədə ağaca bağlı çılpaq halada tapdılar - Məşhur kino ulduzunun şübhəli ölümü

Xəbər lenti

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

08/08/2022 10:29

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

08/08/2022 10:22

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

08/08/2022 10:21

Polis rəisi ağır qəza törətdi – Ölən var

Polis rəisi ağır qəza törətdi – Ölən var

08/08/2022 10:18

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

08/08/2022 10:17

Bakıda şagird faciəvi şəkildə öldü

Bakıda şagird faciəvi şəkildə öldü

08/08/2022 10:16

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

08/08/2022 10:15

Azərbaycanda unun qiyməti bahalaşacaq – Çörəyin qiyməti artacaq? – VİDEO

Azərbaycanda unun qiyməti bahalaşacaq – Çörəyin qiyməti artacaq? – VİDEO

08/08/2022 10:07

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

08/08/2022 10:05

“Sabah” – “Sumqayıt” oyununda meydançaya it girdi – VİDEO

“Sabah” – “Sumqayıt” oyununda meydançaya it girdi – VİDEO

08/08/2022 10:03

MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

08/08/2022 09:44

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

08/08/2022 09:40

Daha bir əsgərimiz Laçında həlak oldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

08/08/2022 09:27

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb

08/08/2022 09:13

Çanaqqalada meşə yanğını söndürülüb

Çanaqqalada meşə yanğını söndürülüb

08/08/2022 09:01

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

08/08/2022 09:01

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

08/08/2022 07:32

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

08/08/2022 07:15

Ukraynada 26 min hərbi cinayət işi açılıb

Ukraynada 26 min hərbi cinayət işi açılıb

08/08/2022 06:56

Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEO

Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEO

08/08/2022 06:37

Erməni hərbçi Göyçə gölündə boğuldu

Erməni hərbçi Göyçə gölündə boğuldu

08/08/2022 06:22

“Müsəlmanların qətli məni qəzəbləndirir” – Bayden

“Müsəlmanların qətli məni qəzəbləndirir” – Bayden

08/08/2022 06:09

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib

07/08/2022 23:02

“Neftçi”nin qapıçısının burnu sındı

“Neftçi”nin qapıçısının burnu sındı

07/08/2022 20:47

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.