Çərşənbə, 1 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

73 illik həsrət

XƏYALƏ
30/06/2022 18:47
180
BAXIŞ
FacebookTwitterTelegram
73 ildir ki, bu günü gözləyirdilər. Qarabağın incəsənət beşiyi olan Şuşada tamaşa göstərmək, tamaşaçıları ilə görüşmək arzusu yarımçıq qalmışdı. Hər dəfə hazırlanıb səhnəyə çıxmaq istədikdə hansısa qüvvə onlara mane olurdu. Əvvəl texniki səbəblər, daha sonra işğal və sair və ilaxır… Bu gün isə onlara heç kim və heç nə mane olmamışdı. Söhbət Şuşa Dövlət Musiqili Dram Teatrından gedir. 73 illik həsrətdən sonra onlar öz arzularına çatdılar. İlk dəfə hazırlaşıb səhnəyə çıxmaq istədikləri tamaşanı tamaşaçılara təqdim etdilər, özü də Şuşada.
Teatrın binası olmasa da, açıq havada, qızmar günəş altında ürəklə, 30 ilin həsrəti ilə səhnəyə çıxdılar. Söyləməyə çalışdılar ki, teatr təkcə binadan – üç divar, bir pərdədən ibarət deyil. Könül yetər ki, istəsin. Onlar gəlmişdilər, açıq səmada, təbiət qoynunda hər kəsə car çəkməyə gəlmişdilər. Biz gəlmişik deyirdilər. Əziz Şuşa, biz artıq qaçqın deyilik. Əziz Şuşa, biz gəlmişik. Sənə gəlmişik. Arzularımızın arxasınca gəlmişik. Səni deyib gəlmişik. Gəlmişik ki, yarımçıq qalan arzumuzu tamamlayaq. Gəlmişik ki, artıq buradan – Qafqazın incəsənət beşiyindən dünyaya car çəkək: Biz qayıtdıq. Bu dəfə heç bir arzunun yarmçıq qalmaması üçün birdəfəlik gəlmişik.
Bu 30 ildə Şuşa Teatrı nələr yaşamadı ki… Onların hər ilinin, hər ayının, hər gününün şahidi olduq. Binasız, yurdusuz yuvasız qaldılar. “Qaçqın” dedilər adlarına, amma bir dəfə narazılıq, giley-güzar etmədilər. Məkənları olmadı, sığınacaq kimi mədəniyyət evlərində, başqa teatrlarda fəaliyyət göstərdilər, amma dayanmadılar, ruhdan düşmədilər.
“Şuşa getdi, bundan sonra qayıtmayacaq”, “Şuşasız nə Şuşa Teatrı?” deyənlərə inad dirəndilər. Bir gün… Bir gün dedilər o gün gələcək. O gün gələcək və biz Şuşaya geri dönəcəyik. Biz daha qaçqın olmayacağıq. Bütün tamaşalarının əvvəlində pərdələr açılanda kulisdən gələn adam “Gün o gün olsun ki, tamaşalarımızı Şuşada oynayaq” deyərək tamaşaya başlayırdılar. Artıq gün o gün idi. Zaman yetişmişdi. Bunun adı Böyük Qayıdış idi.
30 il bir igidin ömrü idi axı. 30 il… Ölməyən ümidlər, arzular… Bu ocaqlarda doğulan körpələr də “Gün o gün olsun”larla böyümüşdü. İnsan görmədiyi torpağı necə sevə bilər? Bizlər o sözləri eşidərək böyümüşdük. Kimin ümidi ölsə də, həvəsdən düşsə də, onlar Şuşa adını yaşadan mədəniyyət ocağı olaraq sonadək dirəndilər. Mübarizələrindən dönmədilər. Və bu gün dirənişlərinin bəhsərsini gördülər. Ürəklə Şuşaya da getdilər, oradan tamaşaçılarını da salamladılar. Bu gün onlar səhnəyə çıxaraq “Əziz tamaşaçılar, Şuşa Teatrı sizi Şuşadan salamlayır”, “Əziz tamaşaçılar, Şuşa Teatrı Şuşada tamaşasına başlayır” deyərək həyata keçməyən arzularını reallaşdırdılar.
Diqqətiniz səhnədə olsun. Biz başlayırıq. Bu, yuxu deyildi. 73 illik bir həsrət idi. 73 il…
Deyirlər axı torpaqlarımız 30 il işğal altında qalıb. Niyə 73 il? Məlumat üçün deyim ki, 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidilərək Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Mədəniyyət ocağına Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Nazirlər Kabineti 1990-cı il 11 may tarixində mədəniyyət ocağının bərpa olunması barədə qərar verib. Mədəniyyət Nazirliyi 1992-ci il mayın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrını bərpa edib. 1992-ci ilin mayın 8-də erməni quldurları Şuşa şəhərini işğal etdikdən sonra onlara Şuşada tamaşa nümayiş etdirmək qismət olmayıb. Bu gün isə bir başqa gündür. 73 illik həsətin başa çatdığı bir gün.
Təbrik üçün teatrın direktoru, əməkdar artist Yadigar Muradovla əlaqə saxladım. O qədər həyəcanlı idi ki: “Gəlmişik qızım, burdayıq. Vətəndəyik, torpaqdayıq. Biz qayıtmışıq. Bizə burada tamaşa nümayiş etdirmək qismət olmamışdı. Oldu qızım, oldu… Biz Şuşada olanda, teatr fəaliyyətə başlayanda Mədəniyyət Nazirliyi bizə hazırlıq üçün 6 ay məşq dövrü vermişdi. 6 ayda iki tamaşa hazırlanmalı idi. Nazirliyə xəbər vermək istəyirdik ki, gəlib tamaşamıza baxsınlar və biz teatrımızın açılışını edək. Bir də gördün bir yol hadisəsi olurdu, bir meyit, yaralı gəlirdi. Yəni teatrımız fəaliyyətə başlayandan bizə açılışı etmək qismət olmamışdı. Bu gün arzumuza çatdıq. Bu gün isə tamaşamız öz torpağında nümayiş olunur. Xoşbəxt bir gün yaşadıq. Bu gün 30 ildən sonra ilk tamaşamızı Şuşada oynadıq. Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşasını – çox yüksək səviyyədə qarşılandı. Bakıdan da tamaşaçılarımız gəlmişdi. Əsgərlərimiz, qazilərimiz, şəhərin tikintisi ilə məşğul olan qardaşlarımız təşrif buyurmuşdu. Möhtəşəm bir tamaşa oldu. Bu gün mən özümü dünyanın xoşbəxti hesab edirəm. Şuşada axır ki, ilk tamaşamızı oynamaq qismətimiz oldu. Bu gün elə xoşbəxtəm ki, sanki qanadlı quşam…”.
Xəyalə Rəis
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.

DAHA ÇOX OXU

Dünya

Ötən il Türkiyədə 10.500 əsər aşkar edilib

31/01/2023 13:38
Mədəniyyət

70 yaşlı aktrisanın keşməkeşli həyatı: Ruhi xəstə oğlu dediyi vaxtda öldü, nəvəsinin vəfatını qabaqcadan bildi

30/01/2023 09:55
1-MANŞET

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25
Mədəniyyət

“Varlı qadın” Mingəçevir Dövlət Dram Teatrına gəlir

26/01/2023 13:02
Mədəniyyət

“O pulu balalarımın boğazından kəsib vermişdim” – Şəfiqə Məmmədovanın İttifaqına SƏRT SÖZLƏR

26/01/2023 12:03
Mədəniyyət

Azərbaycanlı rejissorun filmi Fransada beynəlxalq festivalda nümayiş olunub

26/01/2023 11:59
SON XƏBƏR

Türkiyə Prezidenti: "Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir"

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

ABŞ Ali Məhkəməsinın ilk afroamerikalı hakimi qadın oldu

Xəbər lenti

Rusiya Mahaçqaladan Bakıya uçuşların başlanmasına dəstək verəcək

01/02/2023 06:51

Alveşin həyat yoldaşı futbolçudan boşanır – FOTO

01/02/2023 06:33

Türkiyə İsveçdə Quranı yandıran Paludanla bağlı istintaqa başlayıb

01/02/2023 06:19

Abramoviç “Çelsi”nin satışından əldə olunan gəliri Ukraynaya verəcək

01/02/2023 06:08

XİN Beynəlxalq Ədalət Məhkəməsindəki müraciət üzrə dinləmələrə dair məlumat yayıb

01/02/2023 05:07

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi – FOTO

01/02/2023 02:15

Azər Zahidin hesabı bloklandı, “Təkərdə” şou yarımçıq qaldı – VİDEO

01/02/2023 01:30

Azərbaycanda bu universitetdə əməliyyat keçirildi – Dekan saxlanıldı

01/02/2023 01:14

Şengendə bir dövr başa çatıb: Pasportda viza verilməyəcək

31/01/2023 21:38

Burkina Fasoda terror aktı nəticəsində 13 nəfər ölüb

31/01/2023 21:16

ABŞ-da kino səhnələrinə bənzəməyən qəsb: Əvvəl girov götürdü, sonra oğurladı – VİDEO

31/01/2023 21:00

Şadlıq sarayında qız və oğlan tərəfi bir-birinə girdi (ANBAAN VİDEO)

31/01/2023 20:45

Ac canavarlar inəyi belə öldürdü – Qorxulu anlar kameraya düşdü – VİDEO

31/01/2023 20:37

Məhkəməyə gələn iki ailə arasında dava düşdü – VİDEO

31/01/2023 20:28

AZTV-nin məşhur aparıcısına yüksək vəzifə verildi – FOTO

31/01/2023 20:25

Tibb bacısının öldüyü qəzanın görüntüləri ortaya çıxdı – ANBAAN VİDEO

31/01/2023 20:23

Çavuşoğludan İsveç mesajı: “Hə” deyə bilmərik

31/01/2023 20:20

“Barselona” “Fənərbağça”nın məşhur futbolçusunu transfer edir

31/01/2023 20:11

Avropada gecikən qış müharibəyə necə təsir edib?

31/01/2023 20:00

Azərbaycanın ilk pullu yolunun görüntüləri – FOTO

31/01/2023 19:46

Əməliyyat keçirilən “Salamnews” və “İnterAz”la bağlı ŞOK FAKTLAR

31/01/2023 19:40

Politoloq Xoy vilayətində çarəsiz qalan azərbaycanlılardan DANIŞDI: “İranın olmayan mərhəməti …”

31/01/2023 19:36

Özünə oxşayan qadını öldürüb, üzünü… Qətlin ağlasığmaz səbəbi

31/01/2023 19:34

Türkiyədə gömrük əməkdaşları qadını döydü – vəzifədən uzaqlaşdırıldılar (ANBAAN VİDEO)

31/01/2023 18:59

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.