Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevi ad günü münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında video yayımlayaraq 34 illik ərinə yeni yaşında xoş arzularını çatdırıb:
“Ədalət müəllim, ad günün mübarək olsun. Çox sağ ol, mənə çox gözəl bir oğlan hədiyyə etmisən. Çox sevirəm o oğlanı da, səni də… Bir daha təbrik edirəm. Neçə-neçə belə illərə çıxasan. Allah sənə cansağlığı versin”.
İfaçının təbrik videosundakı bahalı və lüks avtomobili də gözlərdən yayınmayaraq müzakirələrə səbəb olub.
Xalq artistinin həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev Səməd Vurğun adına Rus Dram Teatrının direktorudur. O, Dadaşova ilə 1988-ci ildə ailə həyatı qurub. Cütlüyün Cahad adlı bir oğlu var. O, 1990-cı il avqustun 9-da Bakıda doğulub.