Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edir.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü keçirilib.
Hazırda Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş davam edir.