İyunun 30-da Ukrayna kommersiya əsasında Avropaya elektrik enerjisinin verilməsinə başlayacaq. İlkin ixrac həcmi 100 MVt olacaq.
Medianews.az bu barədə energetika naziri German Qaluşenko şəxsi Facebook səhifəsində məlumat verib. “ENTSO-E 30 iyun 2022-ci il tarixindən etibarən Ukraynadan Avropaya elektrik enerjisinin kommersiya ixracının rəsmi başlanması ilə bağlı çoxdan gözlənilən qərar qəbul edib. İlkin ixracın həcmi 100 MVt təşkil edir və ENTSO-E tərəfindən Avropanın enerji sisteminə təsirini aylıq qiymətləndirmədən sonra həcmlər tədricən artacaq” – məlumatda deyilir. Qaluşenkonun sözlərinə görə, Ukrayna artıq 1690 MVt-a qədər ixrac edə bilər və müəyyən tədbirlər görüldükdən sonra ötürmə qabiliyyəti 4-5 QVt-a qədər arta bilər. “Şəffaf hərraclar sayəsində bütün istehsalçı şirkətlər elektrik enerjisinin ixrac ticarətinə bərabər çıxış əldə edəcəklər” – Energetika Nazirliyinin rəhbəri vurğulayıb. Eyni zamanda, nazir qeyd edib ki, elektrik enerjisinin ixracı Ukraynada maliyyə vəziyyətinin sabitləşməsinə kömək edəcək, Avropa ölkələri daha sabit enerji təchizatı alacaq, həmçinin Rusiyanın enerji resurslarını əvəz edə biləcək. UNIAN-ın daha əvvəl bildirdiyi kimi, Ukrayna qaz, istilik və isti su tariflərini dondurmağa hazırlaşır. Onlar təbii qaz tədarükçülərinin məişət istehlakçısını hər hansı şəkildə borclarını ödəməyə məcbur etmələrini qadağan etmək istəyirlər. İyunun 7-də məlum olub ki, prezident Vladimir Zelenski Nazirlər Kabinetinə növbəti istilik mövsümündə qaz və elektrik enerjisi tariflərinin dəyişməməsi üçün hər şeyi etməyi tapşırıb.
Zərif Ülvizadə
Medianews.az