İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci sessiyası davam edir.
Medianews.az xəbər verir ki, tədbirin açılışını 10-cu sessiyanın rəhbəri, Banqladeşin turizm naziri Mahbub Ali edib.
Nazir çıxışında sessiyanın işinə uğurlar arzulayıb və Bakıda olmaqdan məmnunluğunu ifadə edib.
M.Ali daha sonra hazırki sessiyaya rəhbərliyi Azərbaycana – Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyeva verib.