Türkiyə “Dəyişiklik Partiyası”nın sədri Mustafa Sarıgül Yunanıstan parlamenti qarşısında Türkiyə bayrağını açdıqdan sonra naməlum şəxslərin hücumuna məruz qalıb.
Medianews.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən partiya sədri yaxşı olduğunu açıqlayıb.
Mustafa Sarıgül, Yunanıstan parlamenti qarşısında keçirdiyi mətbuat konfransında Yunanıstanın baş naziri Kiryakos Miçotakisə “Silahdan ümid gözləmə, sülhə dön”, – deyə çağırış edib.
Parlamentin önündə Türkiyə bayrağını açdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Sarıgül, Ege dənizində artan Amerika hərbi varlığına diqqət çəkib: “Amerika əsgərlərini çağırdınız, silahlarını yığdınız, ölkənizi Amerika bazası etdiniz. Özünüzü təhlükəsiz hiss etmək üçün ABŞ-a ehtiyacınız yoxdur. Müttəfiq dediyiniz ölkələrə və Amerikaya çox güvənməyin. Biz sizin əsl müttəfiqinizik. Çünki qonşuyuq”.
Partiya sədrinin müavini Tepman Mutlu, Sintaqma meydanında qaldıqları otelin yaxınlığında naməlum şəxslər tərəfind Mustafa Sarıgülün üzərinə hücuma cəhd edildiyini bildirib. M.Sarıgülün yenidən otelə sağ-salamat girə bildiyini qeyd edən Tepman Mutlu, sözügedən qrupun həmin vaxt ona da hücum etdiyini bildirib.
Medianews.az