Mərakeş sərhədini keçərək Şimali Afrikadakı Melilla şəhərinə qaçmağa çalışan yüzlərlə mühacir İspaniya polisinin sərt müdaxiləsi ilə üzləşib.
Medianews.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərə görə, mühacirlərə atəş açan polis ən az 37 immiqrantın ölümünə səbəb olub.
Digər tərəfdən İspaniyanın Baş naziri Pedro Sançes, Melillaya girmək istəyərkən öldürülən qaçqınlar üçün İspaniya polisinə təşəkkür edib. İspaniyanın Şimali Afrikadakı ərazisi olan və muxtar əyalət statusuna malik olan Melillaya dünən Mərakeş sərhədində immiqrant axını olub. Məlumatlara görə, 2000-dən çox afrikalı mühacirin sərhədi keçməyə çalışdığı, izdihama İspaniya polisinin müdaxilə etdiyi bildirilib.
Mühacirlərə atəş açan İspan polisinin ən az 37 immiqrantı öldürdüyü bildirilərkən, bölgədən yayılan cansız insanların görüntüləri bu rəqəmin çox ola biləcəyi kimi şərh edilib.
İspaniyanın Baş naziri Pedro Sançesin Şimali Afrikadakı İspaniyanın Melilla şəhərinə girməyə cəhd edərkən öldürülən mühacirlər üçün İspan polisinə təşəkkür etməsi də dünyanı rəsmi olaraq ayağa qaldırıb. Sözügedən hadisə sosial mediada da geniş müzakirələrə yol açıb.
Medianews.az