Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Medianews.az xəbər verir ki, ABŞ-ın Avropa qitəsində 200 taktiki nüvə silahı olduğunu bildirən Putin Belarusa İsgəndər-M taktiki raket sistemləri göndərəcəklərini açıqlayıb.
“Raketlər həm adi, həm də nüvə versiyalarındadır. Raketlər həm ballistik, həm də qanadlı raketlər kimi istifadə edilə bilər”, – deyə V.Putin bildirib.
Görüşdən əvvəl jurnalistlər qarşısında poza verdikdən sonra iki lider təkbətək görüşə gedərək Belarus və Rusiya arasında hərbi sahədə əməkdaşlıq məsələlərini, xüsusilə Ukraynadakı müharibəni, qlobal ərzaq böhranını, ABŞ və Qərb ilə gərginliyi müzakirə ediblər.
Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko son vaxtlar gündəmdə olan taxıl və gübrə məsələsini müzakirə etdiklərini bildirib və hazırda mineral gübrə məsələsini də yavaş-yavaş ələ aldıqlarını açıqlayıb.
Gübrə istehsalında dünyada lider mövqedə olduqlarını bildirən Rusiya prezidenti Putin də çıxışında bunları deyib: “Biz dünya bazarında ən böyük gübrə tədarükçüsüyük. Belarus və Rusiyanın istehsal etdiyi 25 faizlik miqdar dünya bazarı üçün çox əhəmiyyətli bir məbləğdir. Ötən il Rusiya dünya bazarına 40 milyon tondan çox taxıl çıxarıb. Yəqin ki, gələn ilə kimi 50 milyondan çox olacaq”.
Putinlə Lukaşenkonun görüşündə ötən il iki ölkə arasında imzalanan İttifaq dövlətləri məsələsi də müzakirə edilib və Putin imzalanan sazişin indiyədək tam şəkildə həyata keçirildiyinə diqqət çəkib.
Belarus və Rusiya müdafiə nazirləri və baş qərargah rəislərinin də bir araya gələrək müdafiə sahəsində çalışmalarını təklif edən Putin çıxışına bu cür davam edib: “Təklif edirəm ki, müdafiə nazirləri və baş qərargah rəisləri bütün detallar üzərində birlikdə çalışsınlar. Sizinlə razılaşdığımız kimi, gündəmə gətirdiyiniz məsələ ilə bağlı qərar verdik.”İskəndər-M” taktiki raket sistemlərini bir ay ərzində Belarusa göndərəcəyik. Raketlər həm adi, həm də nüvə variantındadır. Məlum olduğu kimi, raketlər ballistik və qanadlıdır”.
Putin həmçinin Belarus Hərbi Hava Qüvvələrinin Su-25 qırıcılarının Rusiyadakı zavodlarında modernləşdirilməsini də təklif edib.
ABŞ-ın Avropada silah investisiyalarına, eləcə də Qərb dövlətləri ilə problemlərinə diqqət çəkən Putin, ABŞ-ın nüvə silahlarının Avropada olduğuna xüsusilə vurğulayıb: “ABŞ-ın altı Avropa üzvü dövlətində 200 taktiki nüvə silahı var. Təkcə ABŞ-ın deyil, bu ölkələrdən olan və mümkün istifadəsi üçün hazırlanmış 257 təyyarə də var. İttifaq dövlətinin təhlükəsizliyinə və Kollektiv Təhlükəsizliyə diqqət yetirmək lazımdır”.
Medianews.az