Medianews.az xəbər verir ki, gənc ifaçı və aparıcı Fariz İlyas yayın hitini təqdim edib. Belə ki, ifaçı fərqli üslubda hazırladığı “Şirin-şəkər” mahnısının klipini “Youtube”-a yerləşdirib. Klip üç fərqli rəngarəng məkanda, yay ab-havasında çəkilib.
Qeyd edək ki, mahnının müəllifi gənc reper Yap10-dur. Klipin rejissoru İsmaelow-dur. Bu ifaçı Fariz İlyasın sayca 3-cü klipidir. Sözügedən klip Beat music etiketi ile bütün musiqi platformalarında yayımdadır.