Cümə axşamı, 7 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Uşaq pulu yalnız bu ailələrə verilə bilər – MEXANİZM AÇIQLANDI

XƏYALƏ
23/06/2022 13:40
A A
98
BAXIŞ
FacebookTwitterTelegram

“Azərbaycanda uşaq pulu məsələsi zaman-zaman gündəmə gəlir. Son günlərdə də bu məsələ həm ictimaiyyət, həm də deputatlar və ekspertlər tərəfindən müzakirə olunmaqdadır. Azərbaycanda uşaq pulu sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan uşaq pulunun verilməsi dayandırılıb. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb”.

 


Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycanda uşaq pulu ləğv olunsa da, uşaqlarla bağlı olan müxtəlif təyinatlı müavinətlər hələ də verilməkdədir:

“Dövlət sosial proqramlar vasitəsilə uşaqların sosial müdafiəsini təmin edir. Bu gün vətəndaşlara 20-ə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Bura habelə, çoxuşaqlı anaların (beşdən çox), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir”.
Bu gün ancaq ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa müxtəlif müavinətlərin ödənildiyini deyən Tamam Cəfərova qeyd edib ki, Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır:
“Uşaq pulu ləğv olunandan sonra hökumət ünvanlı sosial yardım sisteminə keçib. Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub.
Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik, yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verilə bilər. Hesablamalara görə, il ərzində uşaq pulunu ödəməyə təqribən 2,5 milyard manat vəsait tələb olunur. Bu, az vəsait deyil. Bu baxımdan hesab edirəm ki, uşaq pulu ucdan tutma bütün ailələrdəki uşaqlara şamil olunmalı deyil. Uşaq pullarının hesablanmasına gəlincə, bu istiqamətdə Azərbaycanda tətbiq ediləcək model ailənin gəlirlərinə və uşaqların sayına bağlı olmalıdır, təbii ki, uşaqların sayı ilə əlaqələndirilməlidir. Gəlirləri az olan ailələrdə adətən uşaqların sayı çox olur. Odur ki, Azərbaycanda adambaşına verilən ödənişlər uşaqların sayı ilə əlaqələndirilməklə yanaşı, yaşına uyğun olaraq hesablanmalıdır. Hesab edirəm ki, bu, ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir. Uşaqlara ödənilmiş məbləğə gəldikdə isə bu məbləğ ailədə uşaqların yaşı ilə əlaqəli ola bilər. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Bu yaş qrupları fərqli də ola bilər. Məsələn, 0-3, 4-6, 6-12 və ya 7-17 və s. Yəni 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir, 6-10 yaşlı uşaqlara nisbətən çox – orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir. Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının məbləğinin müəyyən edilməsində bu praktikadan istifadə etmək olar. Uşaq pulunun bərpası yeni mexanizmlərin hazırlanması və qanunlarda dəyişikliklər edilməsi şəraitində mümkün ola bilər. Təkliflər hazırlanmalı və müzakirə olunarkən ailələrin sosial müdafiəsində hansı proqramların daha çox faydalı ola biləcəyi təhlil olunmalı və təbii ki, maliyyə yükü mütləq nəzərə alınmalıdır, ən əsası, məsələyə dövlət büdcəsi səviyyəsində baxılmalıdır”.

DAHA ÇOX OXU

Sosial

Dövlət Agentliyi: “600-dan çox internat məzununa mənzillər verilib”

06/07/2022
Sosial

Pensiyalar artır? – “Bu məbləğ 2025-ci ilə qədər…”

06/07/2022
Sosial

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ!

06/07/2022
export

Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub

06/07/2022
Cəmiyyət

Bu şəxslər kommunalı güzəştli tariflə ödəyəcək

06/07/2022
1-MANŞET

Əhaliyə ŞAD XƏBƏR: Bu şəxslər 300 manat müavinət alacaqlar

06/07/2022
SON XƏBƏR

İsrail millisinin sabiq futbolçusu “Neftçi”də - FOTO

Sabahın havası - Külək, şimşək, yağış...

Zelenskidən VACİB ÇAĞIRIŞ: "Təcili bu addım atılmalıdır..."

Xəbər lenti

Bahalı avtomobildə “Çəkil, yetim kasıb…” deyən Samid Bağırov vəfat ETDİ

2022/07/07 02:17

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi – VİDEO

2022/07/07 02:09

İordaniya şahzadəsi ərə gedir

2022/07/07 02:00

Şəhid qardaşı şöbədə döyülüb? – DİN-dən açıqlama

2022/07/07 01:40

” … Berlinə qədər irəliləyəcəyik” – Kadırovun “sağ əli”ndən ŞOK AÇIQLAMALAR (VİDEO)

2022/07/07 01:29

Ailəsini qətl edən gənc sonda özünü güllələyib – Yazdığı mesajlar üzə çıxdı …

2022/07/07 01:20

Ukraynada könüllü döyüşən braziliyalı model ruslar tərəfindən öldürüldü – FOTO

2022/07/07 01:08

İranda britaniyalı diplomat casusluq ittihamı ilə saxlanılıb – FOTO

2022/07/06 23:59

Tahir Əmiraslanov kitablarını yandırdı: “Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?” – VİDEO

2022/07/06 23:09

Azərbaycanda 21 yaşlı qız zorlandı

2022/07/06 21:50

Ayağını çölə çıxardaraq maşın sürən şəxs həbs edildi – Video

2022/07/06 21:38

Avtomobili olanlara şad xəbər – Qanuna dəyişiklik edildi

2022/07/06 21:30

Əsgərimiz özünü güllələdi

2022/07/06 21:28

Avtoşluq edən əsgər qaçıb gizlənibmiş – Yenidən həbs edildi

2022/07/06 20:59

Bu ölkə tanklarını Polşaya yerləşdirir

2022/07/06 20:52

Sumqayıtda sabiq polis serjantı intihar etdi

2022/07/06 20:11

network cables RJ45 connected to a switch

Azərbaycanda bir neçə internet tarifi ləğv edilir

2022/07/06 19:54

“Məni erməni şərləyib” – Kiyevdə həbs olunan azərbaycanlı

2022/07/06 19:38

Azərbaycanla Pakistan məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq edəcək

2022/07/06 19:18

Bakıda reabilitasiya mərkəzində narkoman işgəncə nəticəsində ölüb

2022/07/06 18:40

Bakıda dördzolaqlı yolun bir hissəsi satılıb? – AAYDA aydınlıq gətirdi

2022/07/06 18:24

Dilarə Kazımova: “Kişilər mənə yaxınlaşmağa qorxurlar”

2022/07/06 18:00

“30 ildir zirzəmidə yaşayıram” – Əməkdar artist – VİDEO

2022/07/06 17:59

Dövlət Agentliyi: “600-dan çox internat məzununa mənzillər verilib”

2022/07/06 17:50

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.