Medianews.az xəbər verir ki, Macarıstanda keçirilən su idmanı çempionatında ABŞ-ı təmsil edən Anita Alvares nümayişi zamanı huşunu itirib. Onun məşqçisi hovuzun dibinə batmış gənc qadını xilas etmək üçün suya atılıb. Xəstəxanaya çatdırılan qadının vəziyyətinin yaxşı olduğu bildirilir.
Çərşənbə günü ABŞ komandasının üzgüçüsü Anita Alvarez 2022 FINA Dünya Çempionatında solo sərbəst üsulla finalda huşunu itirdiyi zaman qorxulu an yaşanıb. Məşqçisi Andrea Fuentes onu xilas etmək üçün suya tullanana qədər Alvares hovuzun dibinə batıb.
Fuentes İspaniyanın MARCA idman qəzetinə açıqlamasında “Bu, böyük qorxu idi. Xilasedicilər bunu etmədiyi üçün tullanmalı oldum. Qorxdum, çünki nəfəs almadığını gördüm, amma indi çox yaxşıdır” deyib.
Medianews.az