Konyada keçmiş nişanlısı Merve Küçüktekinin üzünə tez alışan kimyəvi maddə atan Sabit Türkün prokurorluq ifadəsi üzə çıxıb.
Medianews.az xəbər verir ki, nişanlısını tanınmaz hala salan gəncin ifadəsi hər kəsi şoka salıb.
Həbs olunan Sabit Türkün ifadəsində, “Ona dedim ki, aramızda yaşanmışlıqlar var. Gəl barışaq. Məni söyüb təhqir etdi. Sonra çantamdakı mayeni Mervenin üzünə atdım”, – deyə bildirib.
Üzündə və bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri olan Küçüktekin Konya Şəhər Xəstəxanasına aparılıb. Küçüktekin burada müalicə olunub. Hadisədən sonra qaçan və avtomobili ilə İzmirə getməyə çalışan Sabit Türk polis qrupları tərəfindən saxlanılıb. Polis bölməsindəki prosedurlardan sonra S.Türk, təhvil verildiyi ədliyyədə təyin olunduğu məhkəmə tərəfindən “qəsdən xəsarət yetirmə” maddəsi ilə həbs edilib.
Sabit Türk məhkəmə zamanı verdiyi ifadə ilə hər kəsi heyrətləndirib.
O, hadisəni necə törətdiyini məhkəmə zalında açıqlayıb: “Merve Küçüktekinlə təxminən 3 il əvvəl internetdə tanış olduq. O əri ilə ayrıldıqdan sonra biz nişanlandıq. Bir il əvvəl nişanımızı pozduq. Onu razı salmaq üçün evinə getdim. İçərisində kimyəvi maye olan çanta ilə Mervenin qapısına gəldim.Qapını döydüm və qapını açdı. Ona aramızda uzun münasibəmizin olduğunudedim və barışmağı təklif etdim. O da məni söydü, təhqir etdi. Sonra çantamdakı mayeni Mervenin üzüne doğru atdım. Paniklə hadisə yerindən qaçdım. Maşınıma minib İzmirə yola düşdüm. Hüquq-mühafizə qrupları məni yaxaladı. Çantamda bu mayenin olmasının səbəbi, maşınımın təmizliyinə diqqət edirəm. Mən o mayeni maşınımı təmizləmək üçün istifadə edirəm”.
Medianews.az