Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Argentina futbolunun əfsanəsi Dieqo Armando Maradona-nın ölümü ilə bağlı səhlənkarlığa görə səkkiz tibb işçisi məhkəmə qarşısına çıxarılacaq.
2020-ci ilin noyabrında infarktdan vəfat edən Maradonanın ölümündən sonra Argentinada ona qulluq edən həkimlər və tibb bacıları ilə bağlı araşdırma başladılıb.
Ölümündən bir müddət əvvəl beynindəki qan laxtalanması səbəbindən əməliyyat olunan Maradona evdə müalicə alırdı.
Mövzu ilə əlaqədar tibb komissiyası Maradonanın müalicəsində “nöqsan və qayda pozuntuları” olduğunu müəyyən etdikdən sonra məhkəmə ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə iddia açılmasına qərar verib.
İttiham olunanlar arasında neyrocərrah və Maradonanın şəxsi həkimi Leopoldo Luke, psixiatr və psixoloq, iki həkim, iki tibb bacısı və onların müdiri var. Tibb işçiləri onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.
Medianews.az