Türkiyə televiziya tarixinə iz qoymuş seriallardan biri olan “Kurtlar Vadisi”ndə Kılıç obrazına həyat verən Attila Olgaç həm özü, həm də digər aktyorlarla bağlı çox mübahisəli etiraflar edib.
Medianews.az xəbər verir ki, “Kurtlar Vadisi”nin ilk seriyasının əfsanəvi obrazlarından olan Kılıç obrazını canlandıran Attila Olgaç serialda Polat Alemdar obrazına həyat verən Necati Şaşmazdan sonra bir neçə aktyorun da ayrılmaq istədiklərini açıqlayıb.
“Hamımız ayrılacaqdıq. Aldığımız pulun iki qatını verdilər, qaldıq. Zəfər Ergin (Mehmet Karahanlı) isə məbləğin 3 qatnı istədi”, – deyə Attila Olgaç bildirib.
Serialda Polat Alemdar obrazına həyat verən Necati Şaşmazla bağlı təriqət xəbərlərindən sonra heyətdən ayrılmaq istədiklərini ifadə edən Olgaç onlara ikiqat maaş təklif edildikdən sonra qərarlarından vaz keçdiklərini bildirib. Olgaç açıqlamasında “Hamımız gedəcəkdik. Amma dolanmaq üçün yaşamaq vacibdir. Pul kisəsinin ağzını açdılar, aldığımız pulun iki qatını verdilər. ikiqat pul aldığımız zaman da edəcəyimiz bir şey qalmadı. MÇəcbur serialda qalmağa razı olduq”.
Olgaç açıqlamasının davamında serialda Mehmet Karahanlı obrazını canlandıran Zəfər Erginin 3 qat qonorar istədiyini deyib.
Medianews.az