Bu gün günorta saatlarında İranın şimal-şərqində yerləşən Gülüstan vilayətinin Qorqan şəhərində süni şəlalə yanıb.
Bunu İranın Qorqan şəhər yanğınsöndürmə idarəsinin rəisi Musa Səfəri deyib.
M.Səfərinin sözlərinə görə, süni şəlalənin tikilməsində yanar konstruksiyalardan istifadə olunduğuna görə, şəlaləyə ciddi şəkildə ziyan dəyib.
Səfəri bildirib ki, hadisə yerli turistlərdən birinin piknik qazını şəlaləyə tərəf atması nəticəsində baş verib. Hadisədə zərərçəkən olmayıb.