17 yaşlı gənc qız iş otağında ölü tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kolorado ştatında 17 yaşlı Rayli Uaytlou axşam saat 7 radələrində qəflətən iş ofisindən yoxa çıxıb.
Şirkətdə axtarış apardıqdan sonra gənc qızın cəsədi şirkətin istirahət otağında tapılıb.
Məlum olub ki, eyni ofisdə olan Coşua Consonun təklifindən imtina etdiyi üçün o, gənc qızı öldürüb.
Gənc qız dəfələrlə Coşuanın təklifini rədd edib.
Rədd olunmağı həzm edə bilməyən Coşua gənc qızı narahat etməyə başlayıb. Qadın vəziyyəti menecerinə bildirib, lakin bu şikayət gənc qızın sonu olub. Şirkət meneceri bildirib ki, onlar Coşuaya Raylinin şikayəti ilə bağlı xəbərdarlıq ediblər və ona Raylidən uzaq durmasını deyiblər.
Təhlükəsizlik görüntülərində Coşuanın Raylini öldürdükdən sonra təhlükəsizlik kameralarını sındırmağa çalışdığı əks olunub.