Çərşənbə, 29 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Rus baharı” Kremli MDB məkanından çıxarır: Rusiya “xaos diktaturası”na yaxınlaşır

TURAN
20/06/2022 20:54
A A
46
BAXIŞ
FacebookTwitterTelegram

Kremlin Ukrayna savaşına başlamaqla, buraxdığı tarixi səhv Rusiyanın postsovet məkanına nəzarət coğrafiyasının daha da daralmasıyla nəticələndi… NATO-nun “təhlükəsizlik çətiri” altında gizlənən Baltikyanı bölgədən sonra Ukrayna coğrafiyası da Rusiya üçün artıq həmişəlik itirilmiş hesab oluna bilər və üstəlik, buna Cənubi Qafqaz və Orta Asiya regionları da əlavə olunmaq üzrədir…

MDB məkanında qarışıq geopolitik proseslər cərəyan edir. İndi bu məkanda baş verənlər təxminən vaxtilə “ərəb baharı” adlandırılan prosesləri xatırladı. Əsas oxşarlıq ondan ibarətdir ki, hər iki məkanda baş verənlərin birbaşa hədəfi məhz diktarorlar sayılır. Və bu baxımdan, MDB məkanında cərəyan edən prosesləri də “rus baharı” adlandırmaq mümkündür.

Onu da qeyd edək ki, “ərəb baharı”nın baş verdiyi ölkələrin bəzilərində onilliklər boyu hökmranlıq edən diktatorlar devrilmişdi. Təəssüf ki, bunun əvəzində həmin ölkələrdə sivil və demokratik idarəçilik sistemi yaranmadı. Əksinə, “ərəb baharı”nın baş verdiyi, daha doğrusu, ABŞ və Qərb tərəfindən törədildiyi ölkələr sonradan beynəlxalq terrorizmin nəzarəti altına keçdi. Və hələ də Yaxın Şərq bölgəsi “xaos diktaturası”nın hökm sürdüyü bölgə olaraq, qalmaqdadır.

Maraqlıdır ki, “ərəb baharı”nın başlandığı ilk dövrlərdə ABŞ və Qərbin növbəti hədəfinin məhz MDB məkanı olacağı barədə ehtimallar irəli sürülürdü. Hesab olunurdu ki, MDB məkanında da oxşar proseslərə start verməklə, Rusiya və bu nəhəng ölkənin ətrafında savaşla müşayiət olunan “xaos diktaturası” formalaşdırılacaq. Və hazırda bu ehtimalların doğrulmaq üzrə olduğu müşahidə edilir.

putin1646377325.jpg (86 KB)

Ukrayna savaşının başlaması ilə bu proseslərə start verildiyini düşünmək üçün müəyyən əsaslar var. Belə ki, bu savaşın da məhz ABŞ və Qərbin xüsusi ssenarisi ilə başladıldığı artıq qətiyyən şübhə doğurmur. Üstəlik, savaşın başladığı, Rusiyanın Ukraynaya hücum etməklə, tarixi səhv buraxdığı 24 fevral da bahar fəslinin yaxınlaşdığı ərəfə idi. Ukrayna savaşı ilə bağlı əsas hədəfin də həm Rusiya, həm də bu nəhəng dövlətin uzun müddət hakimiyyətdə olan avtoritar prezidenti Vladimir Putin olduğu realıqdır.

Rusiya artıq bir neçə aydır ki, beynəlxalq sanksiyalara məruz qalmaqdadır. Kreml böyük sürətlə dünyadan təcrid edilir. Rusiya Ukrayna savaşında “bataqlığa” salınıb, ciddi şəkildə itkilərlə üzləşməkdədir. Və sürətlə zəifləməyə başlayıb.

Digər tərəfdən, həm Rusiya, həm də onun prezidenti V.Putin MDB məkanında da ciddi şəkildə nüfuzunu itirməkdədir. Hazırda Rusiya ətrafında mərkəzdənqaçma prosesinin başladığı da qətiyyən diqqətdən yayınmır. Hər halda, vaxtilə atdıqları az qala bütün addımları Kremllə razılaşdıran bəzi MDB dövlətləri buna qətiyyən ehtiyac duymurlar.

Postsovet məkanına daxil olan Baltikyanı ölkələr artıq Rusiyadan qorxmaq vərdişlərini bir kənara buraxıblar. Onların hər üçü hazırda Ukraynaya fəal dəstək verir. Litva isə hətta Rusiya yüklərinin öz limanlarından daşınmasına qadağa qoyub. Rusiyanın bu ölkəyə savaş açma təhdidi belə, Litva rəhbərliyini həmin qərardan imtinaya məcbur edə bilmir.

Postsovet məkanına daxil olan digər ölkə hazırda Rusiya ilə müharibə aparır. ABŞ və Qərbin fəal hərbi-siyasi dəstəyi ilə Rusiyanın savaş meydanında məğlub edilməsinə, daha da zəiflədilməsinə cəhd göztərir. Rəsmi Kiyev Ukraynanın beynəlxalq hüquqla tanınan əraziləri Rusiya işğalından tamamilə azad edilənə qədər sülh danışıqlarına başlamayacağını vurğulayır.

tokayev-putin.JPG (86 KB)

Rusiya hətta öz hərbi müttəfiqlərinə təsir mexanizmlərini belə, itirmək üzrədir. Belə ki, hazırda Kreml üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) hərbi müttəfiqlərin Ukrayna savaşında Rusiyanın yanında yer alması, hətta heç olmasa, siyasi dəstək verməsi olduqca vacibdir. Ancaq Belarus istisna olmaqla, KTMT-ya üzv dövlətlər Rusiyanın Ukrayna ilə savaşına hər hansı formada müdaxilə etməyə həvəs göstərmir.

Əksinə bəzi KTMT dövlətləri, xüsusilə də Qazaxıstan Rusiyaya qarşı beynəlxalq sanksiyalara riayət edəcəyini bəyan edib. Kremlin Qazaxıstan üzərindən sanksiyalardan yayınmaq cəhdlərinə imkan verməyəcəyini birmənalı şəkildə vurğulayıb. Və rəsmi Astana Ukraynanın ərazi bütövlüyünü tanıdığını, dəstəklədiyini hər imkanda vurğulamaqla, Kremlin işğal siyasətinə qarşı çıxdığını qətiyyən gizlətmir.

Üstəlik, bu ölkənin prezidenti Kasum-Comərd Tokayev Kreml sahibi Vladimir Putinlə qarşı-qarşıya olduğu Sank-Peterburq beynəlxalq iqtisadi forumunda Donbasdakı separatçı “DXR” və “LXR”, eləsə də Rusiyanın dəstəklədiyi digər separatizm bölgələrinin – Dnestryanı, Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini Qazaxıstanın heç bir halda, tanımayacağını bəyan edib. Prezident Kasum-Comərd Tokayevin Kreml sahibinin üzünə baxaraq, bu mövqeyini bəyan etməsi Rusiyanın və onun liderinin nüfuzuna sarsıdıcı zərbə hesab olunur. Və Rusiyanın MDB məkanına nəzarət etməkdə artıq çətinlik çəkdiyinin real əlaməti olaraq, dəyərləndirilir.

Təbii ki, belə vəziyyətə qətiyyən vərdişli olmayan Kreml, Qazaxıstan prezidentinin bu nümayişkaranə cəsarətindən ciddi şəkildə qıcıqlanıb. Hətta Rusiya Qazaxıstan neftinin Novarossoysk marşrutu ilə nəqlinin dayandırılması barədə qərar da verib. Ancaq Kremlin bu qərarı hazırda vəziyyətə qətiyyən adekvat deyil və çıxış yolu təsiri bağışlamır.

put-savash77.JPG (68 KB)

Çünki, belə addımlar Qazaxıstanı ümuniyyətlə, Rusiyanın hələlik hegemon sayıldığı MDB məkanından qoparıb, birdəfəlik Qərbə doğru yönləndirə bilər. Hər halda, rəsmi Astana artıq Qazaxıstan neftinin dünya bazarlarına nəqli üçün alternativ marşrutların axtarılmasına başlayıb. Və belə alternativ marşrutların Qazaxıstanın milli maraqları baxımından, yaxın perspektivdə daha faydalı ola biləcəyi isə şübhə doğurmur.

Göründüyü kimi, vaxtilə Baltikyanı ölkələrin NATO-nun “təhlükəsizlik çətiri” altına sığınmasından sonra Rusiya postsovet məkanına nəzarət coğrafiyası daralmışdı. İndisə, Ukrayna savaşı Kreml üçün bu coğrafiyanı daha da məhdudlaşdırır. Yəni, Rusiya üçün Ukrayna coğrafiyası da artıq həmişəlik itirilmiş hesab oluna bilər. Buna üstəlik, Cənubi Qafqaz və Orta Asiya regionları da əlavə olunmaq üzrədir.

Belə anlaşılır ki, MDB məkanında əsl “rus baharı” yaşanır. Rusiya bu məkana nəzarəti böyük sürətlə itirməyə başlayıb. Növbəti mərhələdə bu prosesin Rusiyanın daxilinə sıçraya biləcəyi də qətiyyən istisna deyil. Əgər, bu ehtimal da doğrulmağa başlayarsa, onda Kreml üçün “rus baharı” Rusiya daxilində əsl “xaos diktaturası”na çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

DAHA ÇOX OXU

1-MANŞET

“İpoteka almaq üçün jurnalist mütləq evlənməli və ya ərə getməlidir?”- Baş redaktor

29/06/2022
1-MANŞET

Azərbaycan və Türkmənistan Prezidentləri görüşdü

29/06/2022
1-MANŞET

“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”- Millət vəkili

29/06/2022
1-MANŞET

Ərdoğan Makronla görüşüb

29/06/2022
1-MANŞET

Bu ölkədə bərbərlərə xəbərdaqlıq edildi: Saçları çox yumayın

29/06/2022
1-MANŞET

Boris Consondan Türkiyə şərhi

29/06/2022
SON XƏBƏR

Sabiq MTN zabitindən Zakir Qaralov və Rüstəm Usubova ağır ittihamlar

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı, bir neçə tələb ləğv edilir

Səlim Müslümovun həyat yoldaşının da vəziyyəti ağırdır

Xəbər lenti

Gürcüstan səfiri quru sərhədin açılması ilə bağlı DANIŞDI

2022/06/29 16:09

Dünya trans gözəllik müsabiqəsinin qalibi o oldu – FOTOLAR

2022/06/29 16:02

Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası bu quruma verildi

2022/06/29 15:38

Qrant qırğını: kim haqlıdır?!

2022/06/29 15:26

Əhaliyə şad xəbər: Bakı-Quba yolu bu tarixdə açılacaq

2022/06/29 14:47

“İpoteka almaq üçün jurnalist mütləq evlənməli və ya ərə getməlidir?”- Baş redaktor

2022/06/29 14:09

NATO-Rusiya müharibəsi başlayır? – Tarixi AÇIQLAMA

2022/06/29 13:56

Azərbaycan və Türkmənistan Prezidentləri görüşdü

2022/06/29 13:10

Türkiyə istədiyini aldı: “Ərdoğan zəfərlə qayıdır”

2022/06/29 13:06

“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”- Millət vəkili

2022/06/29 12:57

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

2022/06/29 12:36

Ərdoğan Makronla görüşüb

2022/06/29 12:11

“Finlandiya, İsveç və Türkiyə daha sıx əməkdaşlıq edəcəklər”

2022/06/29 11:37

Bu ölkədə bərbərlərə xəbərdaqlıq edildi: Saçları çox yumayın

2022/06/29 11:18

Boris Consondan Türkiyə şərhi

2022/06/29 11:01

ABŞ-dan Rusiyaya daha bir sanksiya

2022/06/29 10:44

Almaniya kansleri: Putin bu müharibədə qalib gəlməməlidir

2022/06/29 10:30

Yunanıstanda 4 nöqtədə meşə yanğını

2022/06/29 10:15

Cüneyt Arkının vəsiyyəti açıqlandı

2022/06/29 10:11

Bolqarıstan 70 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxarır

2022/06/29 09:58

Dörd ayda Azərbaycanda 18 mindən çox cütlük nikaha daxil olub

2022/06/29 09:55

Müdafiə Nazirliyi açıqlama yaydı: Kəlbəcərdə nə baş verib?

2022/06/29 09:39

Prezident Elman Rüstəmovla bağlı sərəncam İMZALADI – RƏSMİ

2022/06/29 09:17

Qurbanlıq heyvanların qiyməti neçədən başlayacaq? – VİDEO

2022/06/29 09:05

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.