Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu başa çatdı – YEKUN / FOTOLAR

XƏYALƏ
20/06/2022 19:51
A A
52
BAXIŞ
FacebookTwitterTelegram

16-19 iyun tarixləri aralığında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu təşkil edilib.

16 iyun tarixində Forum iştirakçıları Medianın İnkişafı Agentliyində olublar.

Görüşdə Türkiyə-Azərbaycan media platforması çərçivəsində ölkələrimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ortaq mədəni dəyərlərin təbliği istiqamətində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əhəmiyyəti vurğulanıb, həmçinin qonaqlara Agentliyin fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.

Görüş zamanı türk dövlətlərinin media əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İyunun 17-də isə türkiyəli jurnalistlər QHT Agentliyinin rəhbərliyi tərəfindən qəbul ediliblər.

İcraçı direktor Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. O bildirib ki, bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluq-qardaşlığı bütün istiqamətlərdə əməkdaşlıqda özünü təsdiq edir.

Daha sonra Anadolu Yayımçılar Dərnəyinin sədri, nümayəndə heyətinin rəhbəri Sinan Burhan səmimi qəbula görə Agentliyə təşəkkür edib və bildirib ki, bütün sahələrdə olduğu kimi media sahəsində də birgə uğurlara imza atılacaq.

Çıxış edən “Yeni Çağ” Media Qrupunun sədri Aqil Ələsgər forumun iştirakçılarını səmimi qəbulu üçün Agentliyə təşəkkürünü bildirib.

Forum başlamamışdan öncə “Yeni Çağ” Media Qrupu ilə Anadolu Yayımçılar Dərnəyi arasında anlaşma protokolu imzalanıb.

“Yeni Çağ” Media Qrupunun ofisində baş tutan imza mərasimində bildirilib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişafı və bütün sahələr üzrə ikitərəfli əlaqələrin genişlənməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin iki qardaş ölkənin əməkdaşlıq müstəvisində yeni imkanların yaranması, mövcud şəraitdə Azərbaycan ilə Türkiyənin ümumi maraqlarının və birgə mənafelərinin qorunmasında yeni çağırışların aktuallaşması Türkiyə ilə Azərbaycan arasında media və QHT sektorunun yerli, bölgəsəl və qlobal miqyasda fəallığı artırmasının zəruriliyini şərtləndirir.

 

“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun ilk günündə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, AYD sədri Sinan Burhan, ATEV sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli açılış çıxışlarını edərək Türkiyə ilə Azərbaycan arasındakı media əlaqələrindən bəhs edib, keçirilən Forumun önəminə diqqət çəkiblər.

Açılış nitqlərindən sonra Forum öz işini “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” və “Türk Dünyası Media Əməkdaşlığı Axtarışları” başlıqlı panel müzakirələrilə davam etdirib.
“Ülke TV”nin rəhbəri Həsən Öztürkün moderatorluğu ilə keçirilən birinci paneldə millət vəkili Sabir Rüstəmxanlı, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “CNN Türk” spikeri Güngör Yavuzaslan, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Real” Televiziyasının rəhbəri Mir Şahin Ağayev çıxış ediblər. Müzakirədə Vətən müharibəsi zamanı və ondan sonra həqiqətlərin dünyaya çatdırılmasında hər iki ölkə mediasının gördüyü işlər ətrafında fikir mübadiləsi aparılıb.

Emin Pazarcının moderatorluğu ilə keçirilən ikinci paneldə “Türkiyə” qəzeti yazarı Rahim Ər, “Kon TV”nin rəhbəri Yaşar Toy, “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy, “Aydınlık” qəzetinin əməkdaşı Qaffar Yakınca və Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək türk dövlətləri arasında media sahəsindəki əməkdaşlığın mövcud durumu və perspektivləri haqqında müzakirələr aparıblar.

Panel müzakirələrindən sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Forum iştirakçılarına çay ziyafəti verib. Türkiyə və Azərbaycan əlaqələri, bu münasibətlərdə medianın rolu haqqında fikir mübadiləsi aparılıb. Səfir Forumun işini yüksək qiymətləndirib və bu cür layihələrin intensiv xarakter almasının tərəfdarı olduğunu vurğulayıb.

 

Forumun növbəti günü “Şuşa ili” çərçivəsində jurnalistlərin Şuşaya səfəri təşkil edilib.

Jurnalistlərə – AYD sədri Sinan Burhan, “Türkiyə” qəzeti yazarı Rahim Ər, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Kon TV”nin rəhbəri Yaşar Toy, “Aydınlık” qəzetinin əməkdaşı Qaffar Yakınca, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “Hürriyet” qəzetinin redaktoru Fatih Tekəci, “Yeni Akit” qəzetinin Ankara nümayəndəsi Hacı Yakışıklı, “Çay TV” İdarə Heyətinin sədri İsmayıl Torlak, TV spikeri Güngör Yavuzaslan və digərlərinə erməni işğalı nəticəsində dağıdılmış, viran qoyulmuş bölgələr, həmçinin Qarabağın yenidən dirçəldilməsi işləri haqqında məlumat verilib.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və ATEV sədri Tənzilə Rüstəmxanlı qonaqlara işğaldan qurtarılmış torpaqlarda erməni vandalizminin sübutu olan bina qalıntıları, dağıdılmış evlər haqqında bilgi veriblər. Aqil Ələsgər qeyd edib ki, 30 ildən bəridir işğal altında qalan bu torpaqlar yenidən Öz-ünə qayıdıb və bütün Azərbaycan bunun haqlı qürurunu yaşayır. Tənzilə Rüstəmxanlı isə bildirib ki, qardaş ölkənin jurnalistlərini bu torpaqlarda görməkdən sevinc hissi duyur.

Jurnalistlər Cıdır düzünə qalxaraq buradan Şuşanın gözəlliyini seyr ediblər.

AYD sədri Sinan Burhan Cıdır düzündə Forumun Şuşada sonlanmasının mənəvi önəm daşıdığını vurğulayıb. Burhan Azərbaycanın qəhrəman oğullarının Şuşa dağlarını dırmanaraq düşməni məhv etdiyini xatırladıb. Burhanın çıxışından sonra millət vəkili Sabir Rüstəmxanlı Şuşa ilə bağlı xatirələrini bölüşüb, “Qarabağa dönüş” poemasından bir hissə səsləndirib. Millət vəkili Qafqaz İslam Ordusu komandanı Nuri Paşanın məzarına səpilməsi üçün Şuşa torpağını jurnalist Güngör Yavuzaslana verib. Daha sonra Cıdır düzündə “Qarabağ Azərbaycandır” fləşmobu təşkil edilib.

Fləşmobdan sonra Molla Pənah Vaqifin məqbərəsi və Şuşa qalası ziyarət edilib.

Şuşadakı Qarabağ Hotelində Tənzilə Rüstəmxanlı adından qonaqlara ziyafət verilib.

Jurnalistlərin səfəri onlara Şuşadan xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.

Forumun yekununda iştirakçılar qardaş ölkə Türkiyəyə yola salınıb. Beləliklə, Forum öz işini yekunlaşdırıb.

Qeyd edək ki, Forumla bağlı həm Azərbaycan, həm də Türkiyə mediasında silsilə yazılar dərc edilib, reportajlar hazırlanıb, materiallar yayımlanıb, tədbir iştirakçılarının açıqlama və müsahibələri hər iki ölkənin mətbuatında işıqlandırılıb.

DAHA ÇOX OXU

Media

Maliyyə yardımı ayrılan qəzetlərin SİYAHISI

01/07/2022
Media

MEDİA 39 xəbər saytına maliyyə yardımı edəcək – SİYAHI

01/07/2022
Media

Media nümayəndələri üçün “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlim keçirilib

01/07/2022
1-MANŞET

“Zərdabi mediasının hədəflərindən çox uzağıq”-Media eksperti

29/06/2022
Media

Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası bu quruma verildi

29/06/2022
1-MANŞET

“Zərdabi evini satıb mətbuat qurdu, indiki bəzi media qurumları isə dəyərləri satırlar ki, …”

28/06/2022
SON XƏBƏR

DTX-dən ƏMƏLİYYAT: Saxlanılanlar arasında generallar var

“Rus baharı” Kremli MDB məkanından çıxarır: Rusiya “xaos diktaturası”na yaxınlaşır

Sabiq MTN zabitindən Zakir Qaralov və Rüstəm Usubova ağır ittihamlar

Xəbər lenti

Bu dəfə Ukrayna Rusiyanı hədəf aldı– Putin nə edəcək?

2022/07/04 16:34

“Sən nə əxlaqdan danışırsan?” – Səidədən Şəbnəmə

2022/07/04 16:23

Məleykə Əsədovanın qızı universitetə qəbul oldu

2022/07/04 16:09

Azərbaycanda universitet tələbəsi vəfat etdi

2022/07/04 15:58

Bayram Nurlu qayınatasına güzəştə getdi

2022/07/04 15:44

Tanınmış azərbaycanlı gənc cinsiyyətini dəyişdi: Ən böyük xəyalım qalstuk taxmaq idi

2022/07/04 15:35

Maska tələbi bu vaxtdan qüvvəyə minəcək -AÇIQLAMA

2022/07/04 15:23

Zaur Kamalla bağlı qərar verildi, ARB-yə xəbərdarlıq edildi – RƏSMİ

2022/07/04 15:14

Ronaldo son qərarını verdi – “Mançester Yunayted”i tərk edəcək

2022/07/04 15:02

Vəfa Zeynalovadan etiraf: Xəyanət etmişəm…

2022/07/04 14:52

Azərbaycanda universitet tələbəsi vəfat edib

2022/07/04 14:48

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

2022/07/04 14:46

Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? – Kim hansı qiymətə istəyir satır

2022/07/04 14:39

Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO

2022/07/04 14:37

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

2022/07/04 14:29

“Araz” marketdəki saxta endirimin üstü belə açıldı – Hər kəs bu “qiymət”dən danışır

2022/07/04 14:15

TƏCİLİ! Rusiya və İran ordusu birlikdə HÜCUMA KEÇDİ – ABŞ-dan XƏBƏRDARLIQ

2022/07/04 14:02

Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı

2022/07/04 13:52

Papa: Bir gün istefa verə bilərəm

2022/07/04 13:50

Lukaşenko: Biz Rusiyanı dəstəkləməyə davam edəcəyik

2022/07/04 13:46

Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi – VİDEO

2022/07/04 13:43

DTX-nin həbs etdiyi gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib

2022/07/04 13:41

Mərhum Xalq artistinin oğlu mağazadan 150 manatlıq eynək oğurlayıb? – VİDEO

2022/07/04 13:07

Rusiya-Ukrayna müharibəsinin növbəti ünvanı müəyyənləşdi

2022/07/04 12:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.