Türkiyəli aktrisa Yonca Türkman 15-ci mərtəbədəki evinin eyvanından yıxılaraq dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, qorxunc hadisə İstanbulda meydana gəlib.
Bir çox seriallarda rol alan aktrisa Yonca Türkman dünən səhər saatlarında naməlum səbəbdən 15-ci mərtəbədəki evinin eyvanından yıxılıb. Vəziyyətlə bağlı polis və təcili tibbi yardım əməkdaşları məlumat verib. Sağlamlıq qrupları Türkmanın həyatını itirdiyini təyin edib.
Aktrisanın evdə tək olduğu bildirilib və hadisə ilə bağlı araşdırma başlanıb.
YONCA TÜRKMAN KİMDİR?
45 yaşlı Yonca Türkman İstanbul Texniki Universitetinin Tekstil mühəndisliyi fakültəsini bitirib.
Uzun illər korporativ şirkətlərdə tekstil mühəndisi kimi çalışan Yonca Türkmen 3 il əvvəl iş həyatına ara verib, teatr və musiqi sahələri ilə maraqlanmağa başlayıb.
Aktrisa Yonca Türkman bir çox serial və reklamlarda çəkilib.
Medianews.az