İranda neft-kimya sənaye zavodunda yanğın baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yanğın bu gün yerli vaxtla saat 21:01-də Mahşəhr neft-kimya sənaye iqtisadi zonasında Ərvənd neft-kimya tullantıları anbarında baş verib.
Yanğının baş vermə səbəbləri araşdırılır.