Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ağdaşda kişi 14 illik arvadını niyə döyüb? – Təfərrüat

TURAN
19/06/2022 11:15
A A
125
BAXIŞ
FacebookTwitterTelegram

Ağdaş rayonunda 1985-ci il təvəllüdlü Səlim şəxsi münasibətlər zəminində arvadı Faziləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Medianews.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Aral Bir kəndində baş verib. Səlim bu ilin martın 1-də yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. İş hakim Cavid Sultanovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Fazilə ilə təxminən 14 ildir evlidir: “Bizim 3 övladımız var. Son zamanlar arvadımla aramızda tez-tez söz-söhbət olurdu. Səbəb Fazilənin Bakı şəhərinə köçüb, orada yaşamaq istəyidi. Mən isə bir neçə dəfə Faziləyə Tovuz rayonuna gedib, orada işləməyi təklif etsəm də, təklifimi qəbul etmədi, Bakı şəhərinə getməkdə israrlı olduğunu dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 1-də saat təxminən 10.00-da yaşadığı evə gəlib: “Fazilədən mənə yemək verməsini istədim. Yemək yeyən zaman 3-5 günə Tovuz rayonuna işləməyə gedəcəyimi söylədim. Ondan mənimlə getmək istəyib-istəmədiyini soruşdum. Fazilə də Tovuz rayonuna getməyəcəyini söylədi. Həmçinin dedi ki, sən də Tovuz rayonuna getmə, sən orada olanda çox içirsən.

Mən də Faziləyə içki içmədiyimi, əgər inanmırsa, mənimlə Tovuz rayonuna gedib, orada spirtli içki içib-içmədiyimə nəzarət etməsini söylədim. Lakin o, sözlərimə məhəl qoymadı, yenə də Bakı şəhərinə getməkdə israrlı olduğunu dedi. Buna görə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşdim, yediyim yeməyin boşqabını yerə vurdum. “Sənə 15 dəqiqə vaxt verirəm, paltarını geyin çıx get atanın evinə, mənə sənin kimi arvad lazım deyil” deyə söylədim. Sonra özüm də çölə çıxdım”.

Təqsirləndirilən şəxs bildirib ki, təxminən 15 dəqiqə sonra yataq otağına gəlib və Fazilənin orada görüb: “Faziləyə “sənə demədim çıx get” deyə söylədim. Fazilə də nalayiq ifadə işlədərək “mən bu evdə qalmayacağam, uşaqlarımı anamın yanına qoyub, oradan da Bakı şəhərinə tək gedib, orada işləyəcəyəm” deyə cavab verdi. Bu zaman anam yanımıza gəldi. Fazilə anamı görəndə ona nalayiq ifadə işlədərək “sənsən bu işləri başıma açan” deyə söylədi. Mən də Fazilənin sözlərinə əsəbləşdim. Ona “haraya gedirsən get” deyərək saçından tutdum, dartdım. Bir neçə dəfə yumruqla baş, qol nahiyəsindən nahiyələrindən vurdum. Sonra isə oradan getdim”.

Cinayət işi üzrə zərərçəkmiş Fazilə ifadəsində ərinin dediklərini təkrarlayıb. Qeyd edib ki, əri ilə barışıb, ondan şikayəti yoxdur.

Hakim hökm çıxaran zaman ər-arvadını barışmasını nəzərə alıb. Səlimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

DAHA ÇOX OXU

1-MANŞET

Prezident onları təltif etdi – SƏRƏNCAM

04/07/2022
1-MANŞET

Azərbaycanda universitet tələbəsi vəfat etdi

04/07/2022
Cəmiyyət

Maska tələbi bu vaxtdan qüvvəyə minəcək -AÇIQLAMA

04/07/2022
1-MANŞET

Zaur Kamalla bağlı qərar verildi, ARB-yə xəbərdarlıq edildi – RƏSMİ

04/07/2022
export

Azərbaycanda universitet tələbəsi vəfat edib

04/07/2022
Cəmiyyət

Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? – Kim hansı qiymətə istəyir satır

04/07/2022
SON XƏBƏR

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

Məhəmməd Salah "Liverpul"u tərk edə bilər

“Dövlət dini-mənəvi dəyərlərimizin qorunması üçün hər şeyi edir” - Hikmət Babaoğlu

Xəbər lenti

Zelenski: “Silahı yerə qoysaq, məhv olacağıq”

2022/07/04 17:11

Qan Turalı nişanlandı

2022/07/04 17:08

İlham Əliyev Cozef Baydenə məktub göndərib

2022/07/04 17:03

Cavanşir Məmmədov xalq artistlərinin ifasını tənqid etdi: “Deyirəm və sözümün arxasında dururam”

2022/07/04 16:57

Prezident onları təltif etdi – SƏRƏNCAM

2022/07/04 16:45

Bu dəfə Ukrayna Rusiyanı hədəf aldı– Putin nə edəcək?

2022/07/04 16:34

“Sən nə əxlaqdan danışırsan?” – Səidədən Şəbnəmə

2022/07/04 16:23

Məleykə Əsədovanın qızı universitetə qəbul oldu

2022/07/04 16:09

Azərbaycanda universitet tələbəsi vəfat etdi

2022/07/04 15:58

Bayram Nurlu qayınatasına güzəştə getdi

2022/07/04 15:44

Tanınmış azərbaycanlı gənc cinsiyyətini dəyişdi: Ən böyük xəyalım qalstuk taxmaq idi

2022/07/04 15:35

Maska tələbi bu vaxtdan qüvvəyə minəcək -AÇIQLAMA

2022/07/04 15:23

Zaur Kamalla bağlı qərar verildi, ARB-yə xəbərdarlıq edildi – RƏSMİ

2022/07/04 15:14

Ronaldo son qərarını verdi – “Mançester Yunayted”i tərk edəcək

2022/07/04 15:02

Vəfa Zeynalovadan etiraf: Xəyanət etmişəm…

2022/07/04 14:52

Azərbaycanda universitet tələbəsi vəfat edib

2022/07/04 14:48

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

2022/07/04 14:46

Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? – Kim hansı qiymətə istəyir satır

2022/07/04 14:39

Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO

2022/07/04 14:37

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

2022/07/04 14:29

“Araz” marketdəki saxta endirimin üstü belə açıldı – Hər kəs bu “qiymət”dən danışır

2022/07/04 14:15

TƏCİLİ! Rusiya və İran ordusu birlikdə HÜCUMA KEÇDİ – ABŞ-dan XƏBƏRDARLIQ

2022/07/04 14:02

Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı

2022/07/04 13:52

Papa: Bir gün istefa verə bilərəm

2022/07/04 13:50

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.