Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Spirtli içki qəbulundan neçə saat sonra maşın sürmək olar? – AÇIQLAMA

Zarif
18/06/2022 17:07
A A
440
BAXIŞ
FacebookTwitterTelegram

Sərxoş halda avtomobil idarə edən sürücülər yol polisi tərəfindən saxlanılarkən məsuliyyətdən yayınmaq üçün min bir bəhanə gətirirlər. Bir çoxları az miqdarda spirtli içki qəbul etdiklərini, bəziləri içsələr də, sərxoş olmaqlarını deyirlər. Hətta onların arasında “rəis, dünən içmişəm, axı mən “piyan” deyiləm?” deyənlərə də rast gəlmək olar. Lakin sərxoşluq halının müəyyən edilməsi zamanı artıq bəhanələrə yer qalmır. Nəticədə özünün və digər insanların həyatını təhlükəyə ataraq sükan arxasına əyləşən sərxoş sürücülər məsuliyyətə cəlb olunaraq cəzalandırılırlar.

Bəs sürücü spirtli içki qəbul etdikdən neçə saat sonra avtomobil idarə edə bilər?

Bu barədə Modern.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qanunvericilikdə sərxoş halda nəqliyyat vasitələrini idarə edən şəxslərin müəyyənləşdirilməsinin konkret qaydalarının olduğunu bildirib:

“Sərxoşluğun müəyyənləşdirilməsinin metodları var. Bunun üçün xüsusi sertifikatı olan cihazlardan istifadə olunur. Eyni zamanda, sərxoşluğun müəyyənləşdirilməsi üçün şübhəli sürücü həkim müayinəsinə aparıla bilər. Burada konkret olaraq göstərilir ki, sürücüdə 0,3 və daha artıq promille spirt aşkarlansa, həmin şəxs sərxoş hesab olunur. Saat, dəqiqə məsələsi yoxdur. Kimsə axşam bir litr spirtli içki qəbul edirsə, sabah günorta, hətta axşam saatlarında onun orqanizmində 0,3 promille spirt aşkarlana bilər. Yəni burada vaxt məsələsi əsas deyil”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sürücünün sərxoş olmasını yol polisi əməkdaşı xüsusi setfikatı olan cihaz vasitəsi ilə müəyyən edir. Əgər mübahisəli vəziyyət yaranarsa, həkimə müraciət etmək lazım gəlir.

“Ola bilər ki, vətəndaş səhər saatlarında müəyyən qədər spirtli içki qəbul edib və axşama kimi onun orqanizmində spirt qalmayıb. Həmin şəxsi sərxoş adlandırmaq olmaz. Sürücünü DYP əməkdaşı xüsusi cihazla yoxlayır və heç bir problem aşkarlamırsa, o, yoluna davam edə bilər. Burada ikinci versiya da ola bilər. Axşam toy məclisində həddindən artıq spirtli içki qəbul edib, səhər saatlarında avtomobil idarə edirsə, müayinə zamanı onun orqanizmində spirtin miqdarı normadan artıq olacaq. Bu zaman həmin sürücü cərimələnir”.

Ekspertin fikrincə, sürücü az miqdarda spirtli içki qəbul etmiş olsa, xüsusi klinikaya gedib orqanizmində spirtli içkinin aşkar olunmaması ilə bağlı arayış ala və həmin arayışı DYP əməkdaşına təqdim edə bilər:

“Lakin bu arayışa baxmayaraq, DYP əməkdaşının cihazında spirtli içkinin miqdarı görünürsə, sürücü təkrar yoxlanışa getmək üçün xahiş edə bilər. Belə olan halda sürcünün də hüquqları var. Sürücü DYP əməkdaşından həmin cihazın sertifikatını tələb edə bilər”.

Xatırladaq ki, 2021-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib. Nəticədə səkkiz nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2022-ci ilin yanvar-mart aylarında isə sərxoş sürücülərin iştirakı ilə üç hadisə baş verib. Qəzalar zamanı bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

DAHA ÇOX OXU

1-MANŞET

Litzenberger: “Azərbaycan və ABŞ regionun problemlərini həll etmək üçün birgə işləyə bilər”

01/07/2022
1-MANŞET

Zelenski: “Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb”

01/07/2022
1-MANŞET

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır – RAZILAŞMA

01/07/2022
Cəmiyyət

Meymunçiçəyini sağaldan dərmanların adı açıqlandı – siyahı

01/07/2022
Cəmiyyət

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

01/07/2022
1-MANŞET

Prezident mühüm Fərman imzaladı

01/07/2022
SON XƏBƏR

Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara DİN-dən CAVAB

Cəhənnəm qapımızdadır – BMT-dən şok xəbərdarlıq

Qurd və hamilə həyat yoldaşından SƏMİMİ FOTO

Xəbər lenti

“Məni öldürmək fikrindədirlər” – Kamil Zeynallı

2022/07/01 23:40

Litzenberger: “Azərbaycan və ABŞ regionun problemlərini həll etmək üçün birgə işləyə bilər”

2022/07/01 23:15

Zelenski: “Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb”

2022/07/01 22:49

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

2022/07/01 22:35

“Edam cəzası gündəmə gələ bilər” – Ərdoğan

2022/07/01 20:30

Rusiyalı alim vətənə xəyanətə görə saxlanıldı

2022/07/01 20:24

Rəqsanə qızının toyuna niyə gəlməyib? – Özü açıqladı

2022/07/01 20:21

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır – RAZILAŞMA

2022/07/01 19:41

“Mən də tək kişilərlə şəkil çəkdirmirəm” – Şəbnəmə dəstək oldu

2022/07/01 19:08

Azərbaycanda avtomobillərin texniki baxışı ləğv edilir- AÇIQLAMA gəldi

2022/07/01 18:19

Bakıda ağır qəza: Avtobusla minik maşını toqquşdu, xəsarət alan var – VİDEO

2022/07/01 18:13

Meymunçiçəyini sağaldan dərmanların adı açıqlandı – siyahı

2022/07/01 18:02

Bu şəxslərə əlillik verilməyəcək

2022/07/01 17:54

Bakıda pasiyent burun əməliyyatı zamanı ölüb

2022/07/01 17:53

Xaçmazda yol qəzasında xəsarət alanlardan biri ölüb – VİDEO

2022/07/01 17:43

Cüneyt Arkının hamıdan gizlətdiyi SİRR AÇILDI – Qızı varmış…

2022/07/01 17:41

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

2022/07/01 17:29

ABD Malikə qarşı DƏLƏDUZLUQ: “Kartımdan 546 AZN oğurladılar” – FOTO

2022/07/01 17:22

“Barselona” Qrizmanla bağlı qərarını verdi

2022/07/01 17:20

Prezident mühüm Fərman imzaladı

2022/07/01 16:56

Naxçıvanla Türkiyə və İran arasındakı sərhədlər bağlanıb? – RƏSMİ AÇIQLAMA

2022/07/01 16:43

Afət Fərmanqızının şikayətini məhkəmə təmin etmədi

2022/07/01 16:20

İfaçı Mərdan yeni klipini təqdim etdi – Video

2022/07/01 16:13

Xalq artistini erotik videolarla şantaj etdilər – FOTO

2022/07/01 16:13

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.