Çərşənbə, 29 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Dünyada onun kimi “əvvəl düşündürən sonra güldürən” lətifə qəhrəmanı tapmaq çətindir-Xaqani Əliyev

Zarif
18/06/2022 14:39
A A
54
BAXIŞ
FacebookTwitterTelegram

Müsahibim SƏHNƏ teatrının bədii rəhbəri Xaqani Əliyevdir. Onun pyesləri əsasında İrəvan, Mingəçevir, Dərbənd, Naxşıvan və Şəki Dövlət teatrlarında tamaşalar hazırlanıb.

Bu yaxınlıarda yeni yaranmış və ilk addımlarından tamaşaçı marağı və sevgisi qazanmış SƏHNƏ teatrında onun “Molla Nəsrəddin 2022” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq.

– Xaqani müəllim, niyə məhz Molla Nəsrəddin?
— Əvvalə onu deyim ki, Türk xalqları arasında Xoca, Hoca, Əfəndi, Əpəndi, bizdə  isə Molla kimi məşhur olan Nəsrəddin irsinə dəfələrlə müraciətlər edilib, çoxlu sayda filmlər çəkilib, balet və tamaşalar hazırlanıb. Dünyanın müxtəlif ölkələrində (Azərbaycandan başqa) heykəlləri ucaldılıb, adına parklar salınıb, şərəfinə teatr, kino, rəsm, karikatura festifalları keçirilib və bu iş indi də davam etməkdədir.

Sualınıza cavab olaraq isə bildirim ki, Molla Nəsrəddin  lətifələrində heyrətəamiz yığcamlıq və məntiq var. Dünyada onun kimi “əvvəl düşündürən sonra güldürən”, hər sözündə elm adamını belə heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir lətifə qəhrəmanı tapmaq çətindir.
Dədə Qorqud eposu və Koroğlu dastanı qədər Türk xalqlarının şərikli mədəni irs nümunəsi olan Molla Nəsrəddin lətifələrini dəyərləri ilə birlikdə qoruyub saxlamaqla gələcək nəsillərə ötürülməli olduğunun vacibliyini anlayaraq biz bu işə töhvə vermək istədik. Lətifələrin motivlərindən istifadə etməklə Molla Nəsrəddin irsinə müasir tamaşaçının gözü ilə baxmağa çalışdıq və “keçmişimizin müasir formada təqdimatına” nə dərəcədə nail olduğumuza onlar qiymət verəcəklər.

— Adətən teatr tamaşalarında keçmişdə məşhur olan, xalq tərəfindən sevilən  tarixi bədii obrazlar bu günümüzə gətirilir və  baş verən hadisələrin iştirakçısına çevrilirlər.

— Biz fərqli mövqe sərgilədik. Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Oruc Qurbanov  zaman və  məkanı dəyişmədən, bəzən qəsdən qarışdıraraq bu günümüz üçün xarakterik olan obrazları Molla Nəsrəddinin dövrünə apardı və  onların vasitəsi ilə o zaman baş verən hadisələrə müdaxilə etməklə “Molla Nəsrəddin bu gün necə ola bilərdi?” sualına cavab tapmağa çalışdı.

— Hamının təsəvvüründə yaratdığı özünəməxsus Molla Nəsriddin obrazı var. Sizin Molla Nəsrəddin onlardan nə ilə fərqlənir?

— Molla Nəsrəddin indiyə kimi hazırlanan tamaşalarda adətən ahıllıq dövrünü yaşayan, müdriklik zirvəsinə ucalmış nurani qoca kimi təsvir edilib. Qaynayıb-daşan, bəzən emosiyalarına hakim kəsilə bilməyən, istəklərinə tez nail olacağını düşünən bizim Nəsrəddin indiyə kimi təqdim edilmiş “düşündürərək güldürən” Molla Nəsrəddinlərdən cavanlığı və bir qədər də müasirliyi ilə fərqlənməklə indiki gəncliyi xatırladır.

— Tamaşadakı hadisələr haqqında bir qədər məlumat verə bilərsiniz?

— Keçmişlə bu günün sintezi olan tamaşa cavan Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Qəfil peyda olan Əzrayıl Molla Nəsrəddini yuxudan oyadır, ondan edilən şikayətlərdən sonra “yuxarıların” qəti qərarı əsasında özü ilə o biri dünyaya aparmağa gəldiyini söyləyir. Düşdüyü çətin vəziyyətdən həmişə çıxış yolu tapmağı bacaran Molla Nəsrəddin “sevib evlənməmiş gəncin o biri dünyaya aparmağın çox böyük günah olduğuna” Əzrayılı inandırır və evlənmək üçün ondan  üç gün möhlət alır.

Molla Nəsrəddinın baməzə adam olduğunu görən Əzrayıl onunla dostlaşır və sevgisinə qovuşmaq üçün Nəsrəddinə əngəllər yaradan kənd camaatı ilə mübarizəyə başlayırlar. Toy gecəsi çox maraqlı bir hadisə baş verir. Molla Nəsrəddin və Əzrayıl  “sadə kənd camaatının” fərasətinə heyran qalır və aldanıldıqlarını başa düşürlər. Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr də bundan sonra başlayır.

— Məndə maraqlı suallar yarandı.

— O sualları təxmin edirəm. “Düşündürərək güldürən” söz ustadı Molla Nəsrəddin “ ölüm mələyi” ilə necə dost oldu? Toy gecəsi nə baş verdi? Toyun səhəri Molla Nəsrəddin evlənməyinə niyə peşman oldu? Sevdiyi qızı toydan kim qaçırıb, gizlətdi? Onlar qovuşdularmı? Molla Nəsrəddin Əzrayıldan əbədi yaşamaq icazəsini necə aldı?

Bu suallara cavab almaq istəyirsinizsə  23 iyun saat 19.00 da Mahnı Teatrına gəlin. Vaxtını xoş keçirmək istəyənlərin hamısı gəlsin. Məakanı və vaxtı bilənlər bilməyənlərə desinlər. Gözləyirik! 

Medianews.az

DAHA ÇOX OXU

1-MANŞET

“Zərdabi mediasının hədəflərindən çox uzağıq”-Media eksperti

29/06/2022
1-MANŞET

Azərbaycan və Türkmənistan Prezidentləri görüşdü

29/06/2022
1-MANŞET

“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”- Millət vəkili

29/06/2022
1-MANŞET

Ərdoğan Makronla görüşüb

29/06/2022
1-MANŞET

Bu ölkədə bərbərlərə xəbərdaqlıq edildi: Saçları çox yumayın

29/06/2022
1-MANŞET

Boris Consondan Türkiyə şərhi

29/06/2022
SON XƏBƏR

Zooparkda ölüm - Pələngi sığallamaq istəyərkən...

Pərvin Abıyeva mülklərinin sayını AÇIQLADI: "2 bina, 1 bağ evi..."

Bu da Hacıbaba Bağırovun Türkiyədə oxuyan qızı Şölə

Xəbər lenti

Azərbaycan Prezidentinin də iştirak etdiyi sammit başladı – Fotolar

2022/06/29 16:56

Bu gündən Bakıda bu ərazilərdə pulsuz Wi-Fi xidməti ləğv olunur

2022/06/29 16:35

“Zərdabi mediasının hədəflərindən çox uzağıq”-Media eksperti

2022/06/29 16:22

Gürcüstan səfiri quru sərhədin açılması ilə bağlı DANIŞDI

2022/06/29 16:09

Dünya trans gözəllik müsabiqəsinin qalibi o oldu – FOTOLAR

2022/06/29 16:02

Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası bu quruma verildi

2022/06/29 15:38

Qrant qırğını: kim haqlıdır?!

2022/06/29 15:26

Əhaliyə şad xəbər: Bakı-Quba yolu bu tarixdə açılacaq

2022/06/29 14:47

NATO-Rusiya müharibəsi başlayır? – Tarixi AÇIQLAMA

2022/06/29 13:56

Azərbaycan və Türkmənistan Prezidentləri görüşdü

2022/06/29 13:10

Türkiyə istədiyini aldı: “Ərdoğan zəfərlə qayıdır”

2022/06/29 13:06

“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”- Millət vəkili

2022/06/29 12:57

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

2022/06/29 12:36

Ərdoğan Makronla görüşüb

2022/06/29 12:11

“Finlandiya, İsveç və Türkiyə daha sıx əməkdaşlıq edəcəklər”

2022/06/29 11:37

Bu ölkədə bərbərlərə xəbərdaqlıq edildi: Saçları çox yumayın

2022/06/29 11:18

Boris Consondan Türkiyə şərhi

2022/06/29 11:01

ABŞ-dan Rusiyaya daha bir sanksiya

2022/06/29 10:44

Almaniya kansleri: Putin bu müharibədə qalib gəlməməlidir

2022/06/29 10:30

Yunanıstanda 4 nöqtədə meşə yanğını

2022/06/29 10:15

Cüneyt Arkının vəsiyyəti açıqlandı

2022/06/29 10:11

Bolqarıstan 70 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxarır

2022/06/29 09:58

Dörd ayda Azərbaycanda 18 mindən çox cütlük nikaha daxil olub

2022/06/29 09:55

Müdafiə Nazirliyi açıqlama yaydı: Kəlbəcərdə nə baş verib?

2022/06/29 09:39

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.