79 yaşlı ABŞ prezidenti Co Bayden evinin yaxınlığında velosiped sürərkən yıxılıb.
Medianews.az xəbər verir ki, kənarda dayanaraq izdihamla salamlaşmaq istəyərkən müvazinətini itirən ABŞ prezidenti yerə yıxılıb.
Həmin anlar saniyə-saniyə kameralara əks olunub. Yerə yıxılandan sonra Bayden yaxşı olub-olmadığını soruşan jurnalistlərə “yaxşıyam”, -deyə cavab verib. Bayden hadisənin velosiped pedallarının qırılması problemi səbəbindən baş verdiyini bildirib.
Bölgədəki vətəndaşların və mətbuat mənsublarının Baydenin yıxılma anını görməməsi üçün tədbirlər görülsə də, qısa zamanda sosial mediada sözügedən görüntülər gündəmə gəlib.
Medianews.az