Cümə axşamı, 30 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakının gecə həyatından şok görüntülər – gizli çəkiliş (FOTOLAR, VİDEO)

TURAN
18/06/2022 19:22
A A
107
BAXIŞ
FacebookTwitterTelegram

Bakının gecə həyatı bir başqa dünyadır. Xüsusən də mərkəzi küçələr, ordakı əyləncə məkanları… Gecə 12-dən sonra ora çıxmısansa, özünü fərqli şəhərdə, əsrarəngiz dünyada hiss edirsən… Ətrafdan eşidilən əcnəbi səslər, ərəb, pakistanlı turistlərin üstünlük təşkil etdiyi gecə klubları, diskotekalar. İşbazlar da sanki bütün gecə həyatını və ümumən şəhərin mərkəzini bu kontingentə uyğunlaşdırıblar, onlar üçün dizayn ediblər. Ərəb dilində mahnılar, obyektlərin üzərindən asılan ərəb əlifbası ilə yazılan adlar… Hətta bərbərxanalar da xarici turistlərə hesablanıb: hər şey turist üçün, hər yer turist ümçün..

Gecə “Tarqovu”da xaricilərin kef məclisləri başlayır. Açıq və qapalı məkanlarda spirtli içkidən içib, bir-biriləri ilə sarmaş-dolaş olan xarici cütlüklər yalnız özlərini görürlər. Ətrafda baş verənlər və dolaşanlar onlar üçün maraqlı deyil. Ətrafda isə neft ölkəsinin ac sakinlərinə rast gəlirik. Bəli, evsiz və pulsuz sakinlər…

Bakı gecələri bir neçə hissəyə bölünür: gecə saat 12-yə, yəni, ictimai nəqliyyatın işlədiyi vaxta qədər Bakıda bir ayrı dünya olur. Gecə 12-dən sonra isə paytaxt sizə başqa üzünü göstərir: daha azad, daha komplekssiz, bəlkə də bir qədər ədəbsiz üzünü. Hər saatın ayrı müştərisi var. Turistlər üçünsə gecənin bütün saatları cənnətdir: təbii, ciblərində yetərli qədər pulları varsa…

Amma nəzərə alaq ki, turistlər və onların əyləncə anlayışları da bir-birindən kəskin fərqlənir. Məsələn, avropalı, eləcə də ingilis turistlərin yığışdığı publarla, ərəblərin yığışdığı publar arasında səviyyə fərqi var. İngilis turistlər açıq publarda oturmağa, orada dostları ilə yüksək səslə gülüb-əylənməyə üstünlük verirlər. Ərəb turistlər isə lüks, amma qapalı məkanları tərcih edir. Ərəb turistin əyləncədən anladığı intim xarakterli olandır – həyat qadınları, içki, xəlvət köşələr…

Ərəb turislərə, eləcə də yerli əyləncə sevərlərə intim göstərənlər isə sayca az deyil. Amma əvvəlki illərdən fərqli olaraq, artıq Bakının mərkəzi küçələrində “can bazarı”, açıq alver getmir. Çünki mülki geyimli polislər şəhərin hər yerində monitorinq aparırlar. Əxlaqsızlıqla məşğul olan qadınlar əvvəlki kimi ərəblərə rahat şəkildə yaxınlaşa bilmir, çünki dərhal saxlanılırlar. Amma onlar burdan da çıxış yolu tapıblar: turistlərə telefonlarını verib, özlərinin şəklini çəkdirir, telefonu geri alanda isə nömrələrini verirlər. Beləcə, ilkin sövdələşmə baş tutur.

Və bir də Bakı gecələrində fahişəliyin 21-ci əsr modeli var. Məşhur məkanların qapısı önündə 20-21 yaşlı iki qız dayanır. Onlar xarici turistləri məkana dəvət etmək, dilxoşluq edərək, yoldan çıxarmaq missiyasını həyata keçirirlər. Əsl alver isə içəridə başlanır: müştəriyə 5 manatlıq malı 25, 25 manatlıq malı isə 50 manata satırlar. Bunu fahişəliyin daha mədəni forması adlandıranlar da var.

Elə düşünməyin ki, Bakının gecə həyatı yalnız əcnəbilər üçündür. “Torqovı”nın arxa küçələrindəki publara daha çox azərbaycanlı gənclər gəlir. Buralar balaca, ucuz, xudmani və az müştərisi ilə seçilən məkanlardır. Torqovının sol tərəfi isə əyləncə küçəsidir – orda ancaq gecə klubları yerləşir. Yeni gecə klubları daha çox şüşəli olaraq dizayn edilib. İçəridə rəqs edənlər yoldan keçən müştəriləri daha çox cəlb etsin deyə.

Amma gecənin yazılmamış qanunları da var. Bəzi məkanlara kişilər yanlarında qadın olmadan daxil ola bilmirlər. Yox, əgər tək əylənmək istəyirsizsə, mütləq lüks maşınınız olmalıdır. Çünki gecə klubunun qarşısında lüks maşından düşmək avtomatik bütün bağlı qapıları insanın üzünə açır.

Əsrarəngiz Bakının əməkçiləri, zəhmətkeşlərini də unutmaq olmaz. Gecənin dönərçisi, süpürgəçisi, salfetka satan uşağı.. Və bir də olmazsa olmaz dilənçiləri.

Gecəsi, qaranlığı, sirləri ilə Bakı bir başqa aləmdir. Bu dünyanın qaranlığında boğulmaq da olar, o zülmətdən aydınlığa çıxmaq da. Seçim sizindir…

Musavat.com

DAHA ÇOX OXU

1-MANŞET

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

30/06/2022
Dünya

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

30/06/2022
export

Məşhur proqramı ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

30/06/2022
1-MANŞET

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

30/06/2022
1-MANŞET

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

30/06/2022
export

Bakıda əri ilə əlbir olub ögey anasını baltaladı və gölməçəyə atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

30/06/2022
SON XƏBƏR

Bakıda moped oğurluğu kameraya düşdü - VİDEO

Şəhriyar Əbilovdan kişilərə ÇAĞIRIŞ: “Artıq “Instagram” səhifəniz olmasın”

"Neçə iş yeri dəyişdim, amma reytinqi saxladım" - Xoşqədəm Hidayətqızı

Xəbər lenti

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

2022/06/30 19:56

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

2022/06/30 18:55

73 illik həsrət

2022/06/30 18:47

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

2022/06/30 17:35

Məşhur proqramı ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

2022/06/30 17:24

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

2022/06/30 17:13

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

2022/06/30 17:10

Bakıda əri ilə əlbir olub ögey anasını baltaladı və gölməçəyə atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

2022/06/30 17:00

“Milyonların qüruruna görə buradayam”- Zaurun efirdən qovduğu müğənni danışdı

2022/06/30 16:51

Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

2022/06/30 16:48

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

2022/06/30 16:41

Sürücülərin NƏZƏRİNƏ: Beş min manatadək cərimə oluna bilərsiniz

2022/06/30 16:39

Evlərə oğurluğa girməkdə şübhəli bilinən şəxs saxlanılıb: Oğlan xanım “həmkar”ını yarı yolda qoydu – VİDEO

2022/06/30 16:30

Bakıda çıxış edən Hande Yener səhnə geyimi ilə diqqət çəkdi – FOTO/VİDEO

2022/06/30 16:21

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

2022/06/30 16:12

Azərbaycanlı aktrisanın 6 000 AZN-lik geyimi – FOTO

2022/06/30 16:00

Qadını təpiklə vuran sürücü saxlanılıb? – Rəsmi açıqlama

2022/06/30 15:51

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

2022/06/30 15:42

Sumqayıt avtobusunda porno qalmaqalı – VİDEO

2022/06/30 15:33

“İrad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir” – PA-nın sektor müdiri

2022/06/30 15:31

Azərbaycanda hamilə qadın təcili yardım maşınında ÖLDÜ

2022/06/30 15:24

Balaxanı yolunda 3 maşın toqquşdu – VİDEO

2022/06/30 15:16

Məleykə Əsədovanın QIZININ MƏZUN GÜNÜNDƏN GÖRÜNTÜLƏR – FOTO

2022/06/30 15:05

“Axşam ikisi bir yerdə çıxacaq efirə ki, bu bir zarafat idi”-Prodüserdən sərt sözlər

2022/06/30 15:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.