Çinin Sky Eye teleskopu 2020-ci ildən bəri dərin kosmosu izləyir və onun nəhəng qəbulediciləri indi kainatın müxtəlif nöqtələrindən son dərəcə həssas tezlikləri qəbul edir.
Medianews.az xəbər verir ki, dünyanın ən böyük radioteleskopu kosmosun dərinliklərindən yadplanetlilərin həyatına dəlil ola biləcək “şübhəli” səslər aşkar edib.
Milyonlarla funt-sterlinq planın arxasında duran aparıcı alim professor Zhang Tongjie, onların “bir neçə dar zolaqlı elektromaqnit siqnalı” aldıqlarını söyləyib.
Qeyd edək ki, Sky Eye təxminən 30 futbol meydançası ölçüsündədir və kosmosda 11 milyard işıq ilinə qədər uzaqlığı görmə qabiliyyətinə malikdir.
Bildirilir ki, layihəyə o qədər böyük ərazi lazım olub ki, 65 nəfərlik kəndi sökülməli olub. Hökumət rəsmiləri həmçinin bildiriblər ki, teleskoplarının ətrafında üç mil radiusa sahib ola bilmələri üçün 9000 yerli sakin yaxınlıqdakı kəndlərdən uzaqlaşdırılıb.
Mütəxəssislər bu layihənin yadplanetlilərin varlığına dair sübutlar tapmaq üçün bəşər övladının ən yaxşı şansı ola biləcəyini deyirlər.
Leyla, Medianews.az