Avropanın üç ölkəsinin liderləri Rusiya tərəfindən işğal olunmuş Ukraynaya dəstək nümayiş etdirmək və “ Rusiyaya qarşı Avropa birliyini” nümayiş etdirmək üçün bu gün ölkənin paytaxtı Kiyevə gediblər.
Medianews.az xəbər verir ki, Fransa hökuməti Kiyevə gedən gecə qatarında prezident Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqinin görüntülərini paylaşıb. Üç liderin qatarda masa arxasında söhbət etməsinin videoları televiziya kanallarında paylaşılıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə tez-tez telefon danışıqları apardıqları üçün reaksiyaların hədəfinə çevrilən üç Avropa liderinin Kiyev səfərinə hazırlıq uzun müddət idi ki, davam edirdi. Əvvəllər bir çox ölkələrdən rəsmilər Kiyevə səfər edərkən, bu üç adın onlar sırasında olmaması müzakirələrə səbəb olurdu.
Leyla, Medianews.az