Türkiyənin Karabük şəhərində dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, 24 yaşlı gənci qatara vurub.
Baryerlərin bağlanmasına baxmayaraq, qatar yolunu keçən 24 yaşlı gənc yük qatarının altında qalaraq ölüb. Hadisə ilə bağlı görüntülər təhlükəsizlik kameralarına əks olunub. Hadisə şahidlərinin sözlərinə görə, gəncin qulağında qulaqcıq olub və telefonla danışırmış.
Hadisə zamanı ölən Abdülsamet Tunç Karabük Bələdiyyəsinin təmizlik işçisi olub.
Hadisə yerinə gələn Respublika Prokuroru və Hadisə Yeri Araşdırma qruplarının işindən sonra Tuncun cansız bədəni Karabük Təhsil və Araşdırma Xəstəxanası meyitxanasına aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az