Tanınmış iş adamı, Microsoft-un təsisçisi Bill Qeyts kriptovalyutalar üçün “axmaq nəzəriyyə” deyərək tənqdi fikirlər səsləndirib.
Medianews.az xəbər verir ki, istehsal və hasilatı təmin edən aktivlərə öyrəşdiyini deyən Qeyts, heç bir uzun və ya qısa müddətdə kriptovalyutalara sərmayə qoymayacağının da vurğulayıb.
TechCrunch konfransında danışan Qeyts, rəqəmsal aktiv tendensiyalarından danışıb: “Bu 100 faiz daha böyük bir axmaq nəzəriyyədir” . O, insanların bu cür aktivlərdən həddindən artıq yüksək gəlirlər gözləməsi fikrini sərt şəkildə tənqid edib.
Medianews.az