Paytaxtda fərdi yaşayış evində yanğın olub.
Hadisə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, yanğın ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində olub. Hadisəyə səbəb elektrik xəttlərindəki nasazlıqdır.