Adana Şəhər Xəstəxanasında QİÇS və leykoz xəstələrinin istifadə etdiyi antikor dərmanlarını qanunsuz olaraq sataraq xalqa 2 milyon 53 min TL zərər vurduğu aşkarlanan şəbəkəyə qarşı əməliyyat keçirilib.
Medianews.az xəbər verir ki, tibb bacıları da daxil olmaqla 10 şübhəlidən 7-si saxlanılıb.
Hematologiya şöbəsinə yerləşdirilən xəstələrə qiyməti yüksək olan dərmanların verilmədiyi də məlum olub.
Təhlükəsizlik Qrupları yüksək qiymətli dərmanlarla bağlı texniki və fiziki təqib aparıb. Əməliyyatçılar 689 qutu dərman vasitələrinin qanunsuz satıldığını müəyyən ediblər. Həmin dərmanların palatada stasionar xəstələrə verilmədiyi müəyyən edilib.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 2 ədəd sənədsiz silah, 12 ədəd hazır sənəd, çoxlu sayda boş sənəd, müxtəlif şəxslərə məxsus 55 ədəd kredit kartı, 1 ədəd pos terminal cihazı, 15 ədəd kredit qeydləri olan kitabça, 6 ədəd vergi lövhəsi, 2 ədəd şəxsiyyət vəsiqəsinin surəti, 2 mülki sənəd, 2 notarius etibarnaməsi və 19 alqı-satqı müqaviləsi ələ keçirilib. Səhhətləri yoxlanılan şübhəlilər dindirilmək üçün polis bölməsinə aparılıb.
Qaçan 3 şübhəlinin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.
Medianews.az