Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Türk generaldan Yunanıstana XƏBƏRDARLIQ: Bilsinlər ki, yarım saata ora…

XƏYALƏ
15/06/2022 13:24
A A
114
BAXIŞ
FacebookTwitterTelegram

“1860-cı illərdə Yunanıstan Avropanın böyük gücləri Fransa, İngiltərə və Almaniya tərəfindən dəstəklənərək, Osmanlı imperiyasına qarşı çıxmışdı. Amma Osmanlıda 400 il hakimiyyəti altında yunanların nə dinlərinə, nə dillərinə, nə də mədəniyyətlərinə qarşı bir assimilyasiya edilmişdi”.

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

 Türkiyəli general bildirib ki, Yunanıstan bu təhdidlərinə və beynəlxalq hüquqa zidd davranışlarını davam etdirdiyi təqdirdə Türkiyə də artıqlaması ilə cavab verəcək:

“I Dünya Müharibəsində yunanların himayədarı ingilislər idi. Onların aranı qızışdırması nəticəsində yunanlar 15 may 1919-cu ildə Anadoluya hücum etdilər, sonra da 9 sentyabr 1922-ci ildə dənizə tökülmək vəziyyəti ilə üz-üzə qaldılar.

Sonra isə bu dəfə Amerikanın himayədarlığı ilə Türkiyəyə qarşı onların bu aqressiyaları II Dünya Müharibəsinə qədər davam edib. İkinci Dünya Müharibəsindən sonra Yunanıstan 1952-ci ildə Türkiyə ilə birgə NATO-ya üzv olub. 1952-ci ildən etibarən davamlı olaraq Türkiyə ilə arasındakı problemləri şişirdərək böyük dövlətləri özünün həm dini, həm də keçmiş “Yunan mədəniyyəti” adı altında ətrafına yığaraq Türkiyəyə qarşı silahlanıb, Qərbi Trakyadakı azlıqları yox etməyə çalışıb, ərazi suları və hava ərazisi ilə bağlı problemlər yaradıb.

1960-cı ilə qədər və 1960-ci ildən 1974-cü ilə qədər də ENES-US planı çərçivəsində Kiprdəki türkləri məhv etməyə çalışıb. Və indi isə “Megali İdea” planı çərçivəsində də “Böyük Yunanıstan” xəyalı ilə böyük dövlətlərin dəstəyi ilə nəsə etməyə çalışır.

İndi də yenə Amerikanın, Avropa Birliyinin dəstəyi ilə, xüsusilə də Fransanın köməyi nəticəsində Türkiyəyə qarşı silahlanmaq yarışına girib. İndi dünyada son 3 ildə silahlanmağa dövlət büdcəsindən qeyri-sabit olaraq ən çox pul xərcələyən dövlət Yunanıstandır. Yunanıstan bu silahlanmağı Bolqarıstana, Makedoniyaya, Bosnia-Hersoqovinaya qarşı etməsi mümkün deyil. Bunu digər qonşularına qonşularına qarşı etmirsə, kimə qarşı edir? Türkiyəyə qarşı edir”

Eyni zamanda ABŞ vasitəsilə də 9 hərbi baza qurub. Dolayısı ilə prosesi Türkiyə-Yunanıstan gərginliyi olaraq görməkdən əlavə, prosesi Türkiyə-Amerika, Türkiyə-Avropa Birliyi olaraq görmək lazımdır. Bütün arsızlıqlarının, ərköyünlüklərinin, bütün sərsəm bəyanatlarının, yersiz təhdid dolu cümlələrinin arxasında bu qüvvələr var. Və sonuncu olaraq ABŞ Senatında Yunanıstan baş naziri öz siyasətlərini bir qırağa qoyaraq Türkiyəyə silah verilməməsi, Türkiyəyə təzyiq göstərməklə əlaqədar çıxışı ilə diqqət mərkəzinə düşdü. Bundan sonra Türkiyə ilə yarım saatlıq məsafəsindəki adalara gələrək Türkiyəni təhrik etməyə çalışdı.

Beynəlxalq hüquq sənədlərinə görə (1947-ci il Paris sazişinə görə) silahlanması qadağa olan adaları silahlandırmaqdadırlar. Xüsusən də Yunanıstan indi Amerikanın maşasıdır və Ağ Evin verdiyi təlimatları yerinə yetirməyə çalışır. Amma mən hər fürsətdə qeyd edirəm ki, Yunanıstan 9 sentyabr 1922-ci ili unutmasın.

Dünya tarixində “kukla” dövlət olan heç bir ölkənin dövlətinə, millətinə xeyiri olmayıb. Buna görə də Yunanıstan ağlını başına yığmalıdır. Yoxsa, Birinci Dünya Müharibəsindəki vəziyyət yenə onları gözləyəcək.

Təbii ki, Türkiyənin birinci hədəfi bu məsələni savaşla həll etmək deyil. Bizim təməl prinsipimiz “Yurdda sülh, cihanda sülh” fəlsəfəsi ilə qonşularımızla yaxşı qonşuluq münasibətləri çərçivəsində işlər görməkdir. Lakin Türkiyənin təhrik və təhdid edilməsi yolverilməzdir. Adaların bir qismi Yunanıstana 8 saatlıq məsafədə, Türkiyəyə yarım saatlıq məsafədədir. Yəni qışqırdığında eşidiləcək, Türkiyə sahillərindən baxdığın zaman işıqları görünən adalar var. İndi belə bir vəziyyətdə öz gücünə, öz dövlət strukturuna, öz silahlı qüvvələrinə güvənmədən bu cür təxribatçı davranışlar sərgiləyən Yunanıstan bilməlidir ki, Türkiyənin də səbrinin həddinin bir sonu var. Amma təbii ki, hər gərginliyi, münaqişə vəziyyətini də savaşla həll etmək mümkün deyil.

Öncə onu qeyd edim ki, Türkiyə xalq diplomatiyası ilə, eynilə NATO İttifaqı içərisində olan bir ölkəyə qarşı müharibə mövzusu bir az fərqli bir məsələdir. Amma təbii ki, səbrimizin də bir həddi var. Necə ki, 1960-dan 1974-cü ilə qədər Kipr üçün səbr edib, sonda Kipr Sülh Korpusunu yaratdıqsa, Yunanıstan bu təhdidlərinə və beynəlxalq hüquqa zidd davranışlarını davam etdirdiyi təqdirdə Türkiyə də artıqlaması ilə cavab verəcəkdir. Amma mən yaxın bir müddətdə hər hansı savaşın baş verəcəyini düşünmürəm”.

Tags: ordunun ehtiyatda olan generalı Yücel KarauzTürk generaldan Yunanıstana XƏBƏRDARLIQTürkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi

DAHA ÇOX OXU

1-MANŞET

Azərbaycanda universitet tələbəsi vəfat etdi

04/07/2022
Cəmiyyət

Maska tələbi bu vaxtdan qüvvəyə minəcək -AÇIQLAMA

04/07/2022
1-MANŞET

Zaur Kamalla bağlı qərar verildi, ARB-yə xəbərdarlıq edildi – RƏSMİ

04/07/2022
1-MANŞET

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

04/07/2022
Cəmiyyət

Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? – Kim hansı qiymətə istəyir satır

04/07/2022
Cəmiyyət

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

04/07/2022
SON XƏBƏR

Avtomobillərin texniki baxışı ləğv olundu - VIDEO

Bu xərclərin yarısı dövlət tərəfindən qarşılanacaq - İlham Əliyevdən FƏRMAN

Futbolçular və azarkeşlər qırmızı vərəqə göstərən hakimi döyə-döyə öldürdülər - ANBAAN VİDEO

Xəbər lenti

“Sən nə əxlaqdan danışırsan?” – Səidədən Şəbnəmə

2022/07/04 16:23

Məleykə Əsədovanın qızı universitetə qəbul oldu

2022/07/04 16:09

Azərbaycanda universitet tələbəsi vəfat etdi

2022/07/04 15:58

Bayram Nurlu qayınatasına güzəştə getdi

2022/07/04 15:44

Tanınmış azərbaycanlı gənc cinsiyyətini dəyişdi: Ən böyük xəyalım qalstuk taxmaq idi

2022/07/04 15:35

Maska tələbi bu vaxtdan qüvvəyə minəcək -AÇIQLAMA

2022/07/04 15:23

Zaur Kamalla bağlı qərar verildi, ARB-yə xəbərdarlıq edildi – RƏSMİ

2022/07/04 15:14

Ronaldo son qərarını verdi – “Mançester Yunayted”i tərk edəcək

2022/07/04 15:02

Vəfa Zeynalovadan etiraf: Xəyanət etmişəm…

2022/07/04 14:52

Azərbaycanda universitet tələbəsi vəfat edib

2022/07/04 14:48

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

2022/07/04 14:46

Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? – Kim hansı qiymətə istəyir satır

2022/07/04 14:39

Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO

2022/07/04 14:37

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

2022/07/04 14:29

“Araz” marketdəki saxta endirimin üstü belə açıldı – Hər kəs bu “qiymət”dən danışır

2022/07/04 14:15

TƏCİLİ! Rusiya və İran ordusu birlikdə HÜCUMA KEÇDİ – ABŞ-dan XƏBƏRDARLIQ

2022/07/04 14:02

Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı

2022/07/04 13:52

Papa: Bir gün istefa verə bilərəm

2022/07/04 13:50

Lukaşenko: Biz Rusiyanı dəstəkləməyə davam edəcəyik

2022/07/04 13:46

Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi – VİDEO

2022/07/04 13:43

DTX-nin həbs etdiyi gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib

2022/07/04 13:41

Mərhum Xalq artistinin oğlu mağazadan 150 manatlıq eynək oğurlayıb? – VİDEO

2022/07/04 13:07

Rusiya-Ukrayna müharibəsinin növbəti ünvanı müəyyənləşdi

2022/07/04 12:28

LGBT məzmunlu klipi ilə gündəm olan Mabel Matizdən açıqlama

2022/07/04 12:15

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.