Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Şəhid ailələri və qazilər yeni açılmış marşrut xəttindən pulsuz istifadə edəcəklər

TURAN
15/06/2022 15:24
A A
25
BAXIŞ
FacebookTwitterTelegram

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişindaşımanın təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Nazirlikdən

Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-dən etibarən Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir.

Daşımaların təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi məqsədilə təyinat məntəqələrinə və yol infrastrukturuna Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları baxış keçiriblər. Marşrut üzrə müvafiq qiymətləndirmə aparılıb, hərəkət sxemi hazırlanıb və dayanacaq yerləri müəyyən olunub. Həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcıların müəyyən olunması üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”na uyğun olaraq, 6 aprel 2022-ci il tarixində “Bakı – Füzuli – Bakı” şəhərlərarası müntəzəm avtobus marşrutu ilə bağlı müsabiqə elan edib. Müsabiqə 12 may 2022-ci il tarixində keçirilib və fiziki şəxs Xaliq Rüstəmov komissiya üzvləri tərəfindən qalib elan olunub. Daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün 20 may 2022-ci il tarixində onunla “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılıb.

Reyslər həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.

Bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn bilet ala bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri və Qarabağ müharibəsi əlilləri aiddir.

Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə sərnişindaşımanı həyata keçirəcək sürücüləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.

Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək. Daşımaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobusları Daxili İşlər Nazirliyinin yol-patrul xidməti avtomobillərinin ekipajları müşayiət edəcək. Həmçinin avtobuslarda polis əməkdaşlarının olması da nəzərdə tutulub.

DAHA ÇOX OXU

export

Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə – Foto

02/07/2022
1-MANŞET

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq

02/07/2022
export

Sevda geyimlərinin qiymətini açıqlayan həmkarlarını tənqid etdi

02/07/2022
1-MANŞET

Dəhşətli qəzada ölən sürücü məşqçi imiş- FOTO

02/07/2022
Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Evlərini sığortalamayanlar cərimələnəcəklər – VİDEO

02/07/2022
export

Kamil Zeynallı: “Məni öldürmək fikrindədirlər” – FOTO

02/07/2022
SON XƏBƏR

Rusiyanın Ukraynaya hücumları nəticəsində ölən uşaqların sayı AÇIQLANDI

86 yaşlı aktyor: "Arvadım vəfat etsə, 20 yaşlı qız alaram" - VİDEO

Suriyada bombalı hücum: Ölən və yaralananlar var

Xəbər lenti

Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə – Foto

2022/07/02 16:01

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq

2022/07/02 15:48

Sevda geyimlərinin qiymətini açıqlayan həmkarlarını tənqid etdi

2022/07/02 15:35

Dəhşətli qəzada ölən sürücü məşqçi imiş- FOTO

2022/07/02 15:21

Vətəndaşların NƏZƏRİNƏ: Evlərini sığortalamayanlar cərimələnəcəklər – VİDEO

2022/07/02 14:51

Kamil Zeynallı: “Məni öldürmək fikrindədirlər” – FOTO

2022/07/02 14:51

Analarının sevgilisi tərəfindən döyülən uşaqlar: Qoluna siqaret basıbmış… – VİDEO

2022/07/02 14:40

Qurbanlıq heyvanların satış və kəsim yerləri AÇIQLANDI – SİYAHI

2022/07/02 14:29

Prezident şəhid qızını hakim TƏYİN ETDİ – FOTO

2022/07/02 14:18

Tanınmış yoqa müəllimi sevgilisi tərəfindən öldürüldü – 30 bıçaq zərbəsi vurub (FOTOLAR)

2022/07/02 14:07

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

2022/07/02 13:56

22 yaşlı gənc söyüş söyən şəxsi küçənin ortasında silahla öldürdü – ANBAAN VİDEO

2022/07/02 13:45

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

2022/07/02 13:34

Məşhur aktyorun çəkildiyi serialın ilk görüntüləri YAYILDI – FOTOLAR

2022/07/02 13:23

Zaur tamaşaçılarla sağollaşdı

2022/07/02 13:17

Sel sularında həlak olan gənc qızla bağlı YENİ XƏBƏR – Paltarını dəyişmək üçün evə qayıdarkən …

2022/07/02 13:11

Zakir Həsənov müşavirə keçirdi, revanşist qüvvələrə qarşı “hər an hazır olun” tapşırığını verdi

2022/07/02 13:05

Avropa Kosmik Agentliyi: “2021 QM1” Yerə çarpmayacaq

2022/07/02 12:59

Şuşada Polis Günü qeyd olunub

2022/07/02 12:47

Pensiya yaşı tamam olan şəxslərin nəzərinə – NAZİRDƏN AÇIQLAMA

2022/07/02 12:37

Sabah Bakıda hava yağmursuz olacaq

2022/07/02 12:03

Bu bürclərə etibar etmək olmaz! – Ən çox yalan danışanlardır

2022/07/02 11:39

Anası Mahir Emreli ilə görüntülərini paylaşıb, onu təbrik etdi – FOTO

2022/07/02 10:25

Britniyə görə Baydenlə görüşdən imtina etdi

2022/07/02 10:14

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.