“Mançester Yunayted” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
“Qırmızı şeytanlar” “Portu”da çıxış edən 22 yaşlı Vitinyanı heyətinə qatacaq. Portuqaliyalı yarımmüdafiəçinin hazırkı klubuyla sözləşməsi 2024-də başa çatır.
Qeyd edək ki, “Portu” yetirməsi olan Vítor Maçhado Ferreira bu mövsüm 47 matçda 4 qol və 5 məhsuldar ötürmə edib.