Türkiyədə Atatürk Hava Limanında Dünya Etnospor Konfederasiyasının təşkil etdiyi 5-ci Etnospor Mədəniyyəti Festivalı keçirilib.
Medianews.az xəbər verir ki, bu festival böyük maraq doğurub. Türk mediasında isə manşetlərin bəzəyi Qarabağ atları olub. Belə ki, Etnospor idman festivalının ən xüsusi qonaqlarından biri də Qarabağ Atçılıq Şou komandasının qadın idmançısından biri Valeşeva Elvina olduğu qeyd edilib. Bildirilib ki, at sürən xanımın işi risklidir, amma ən böyük qüruru Azərbaycan bayrağını dalğalandırmaqdır.
“Etnospor” festivalının ən özəl qonaqlarından biri də Qarabağ Atçılıq Şou komandasının qadın idmançısından biri Valeşeva Elvina olduğunu Türkiyə qəzet və dərgilərində yer alıb.
Festivalda 56 ölkədən 5 mindən çox idmançı iştirak etsə də ənənəvi idman növlərinin unudulmaması və ya işıq üzü görməsi məqsədi ilə keçirilən festivalın ən özəl qonaqlarından biri də qardaş ölkə Azərbaycandan olan Qarabağ At Şousu Komandası olduğu dönə-dönə vurğulanıb.
Medianews.az