Hər il bütün dünyada 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün keçirilməsi qərarı 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda verilib. Bəs görəsən bizdə vəziyyət necədir?
Mövzu ilə bağlı “Qan Donorları Assosiasiyası” ictimai birliyinin sədri Fuad Əsgərov Medianews.az-a danışdı. Bİldirdi ki, ölkəmizdə minlərlə qana ehtiyacı olan insanlar var və onların həyatda qalması verilən könüllü qanların hesabınadır: “Bu gün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Azərbaycanda da, müxətlif tədbirlər və aksiyallarla donorların bayramı keçirilir. Qan Donoru Gününün keçirilməsində əsas məqsəd könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac vurğulamaqdır.
14 iyun Ümumdünya Qan Donorları Günü münasibəti ilə bütün könüllü donorları təbrik edəm. Çünki öz qanının təmənnasız tanımadığı bir insana iyanə edən insan böyük bir ürəyə sahib olmalıdır. Qan həyat mənbəyidir ki, onu heç bir tibbi vasitə əvəz edə bilmir.
Ölkədə uzun illərdir donorluğun təbliği ilə bağlı fəaliyyətdəyik, amma hələ də istədiyimiz nəticəyə çata bilməmişik. Dünya təcrübəsi göstərir ki, hər bir sağlam insan mütamadi donordu və təbliğata ehtiyac yoxdur. Qan vermə onlarda bir mənəvi öhtəliyə çevrilib. Lakin hələ də insanlar tərəddüd içərisindədir. Sosial şəbəkələrdə qan axtarışında olan insanların elanlarına mütamadi rast gəlirik. Bu onu göstərir ki, qan ehtiyatları qan ehtiyaclarını ödəmir. Ümüd edirəm yaxın gələcəkdə bu problemlər öz həlli yolunu tapacaqdır.
Ölkəmizdə minlərlə qana ehtiyacı olan insanlar var və onların həyatda qalması verilən könüllü qanların hesabınadır. Genafondumuzu qorumaq üçün bu nəcib addımın atılması çox vacibdir.
Biz də öz növbəmizdə donorlara qarşı diqqət və qayğının təmin olunması, cəmiyyətin düzgün maarifləndirməsi istiqamətində üzərimizə düşəni edirik. Lakin maddi texniki bazamızın azlığı geniş miqyaslı tədbirləin görülməsinə maneədir. Qısa zamanda bu istiqamətdə də, layihələrə start verəcəyik.
Fürsətdən istifadə edib Medianews.az-ın bütün işci heyətinə təşəkkür edirəm çünki daim bizim fəaliyyəti gündəmda saxlayır və humanitar missiyamızı həyata keçirməkdə yaxından dəstək olurlar”.
Medianews.az