Cümə, 26 Aprel 2024

Narkoloji dispanserdən buraxılan 15 yaşlı Ruslan küçədə dilənçilik edir – VİDEO

Bakıda narkoloji dispanserdən buraxıldıqdan sonra 15 yaşlı Ruslan adlı yeniyetmə küçədə dilənçilik etməyə başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə paylaşım edib:.

“15 yaşlı qızın hansı dildə təhsil alması önəmli deyil. Hansı durumdan bu addımı atması, uşaqların nəzarətsiz qalması önəmlidir.

Təhsil müəssisələrinin hamısı nəzarətə götürülməlidir! Həssas ailələr nəzarətə götürülməlidir!!!

Bəyəm narkotik istifadəçisi olan uşaq ya böyük onun atdığı addımı atmaz? Atar, hələ o tərəfə də keçər!

Ruslan adlı bu uşağa 10 manat verib nələrə məcbur etmək olmaz ki. Cinayətə də, xəyanətə də gedər.

3 ay narkoloji dispanserdə yatandan sonra yenə buraxıblar. Kimə başa salaq ki, bu uşaq qapalı müəssisədə qalmalıdır.

Sosial Xidmətlər Agentliyi yerləşdirin bu uşağı! Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müalicə edin, bu uşağı!”

DAHA ÇOX OXU

Xəbər lenti