ABŞ, İspaniya, Portuqaliya və İngiltərə başda olmaqla bir çox ölkə və qitədə ardıcıl olaraq aşkar edilən meymun çiçəyi virusu nəhayət Rumıniyada da tapılıb.
Medianews.az xəbər verir ki, Səhiyyə Nazirliyi bazar ertəsi Rumıniyanın paytaxtı Buxarestdən olan 26 yaşlı kişinin meymun çiçəyi virusuna yoluxduğunu açıqlayıb.
Nazirlik karantində virus daşıyıcısının müalicəsinin davam etdiyini açıqlayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) keçən həftə Afrikadan kənarda 1000 meymun çiçəyi virusunun qeydə alındığını açıqlayıb və xəstəliyin qlobal pandemiyaya səbəb olacağını düşünmədiklərini bildiriblər.
Leyla, Medianews.az