Ukrayna Baş Qərargahının Hüquq Departamentinin rəisi, polkovnik Yuri Bobrov Ukraynanın paytaxtı Kiyevdə Baş Qərargah binasının qarşısında silahını boşaltmaq üçün uşaqların olduğu ərazidə məqsədsiz atəş açıb.
Medianews.az xəbər verir ki, binanın qarşısında oynayan 2 uşaq xoşbəxtlikdən heç bir xəsarət almayıb, lakin onlar böyük qorxu yaşayıb.
Təhlükəsizlik kameralarına düşən görüntülərin ortaya çıxmasından sonra əsgərin davranışı böyük əks-səda doğurub.
Ukraynanın müdafiə naziri Oleksi Reznikov görüntülərin təsdiqindən sonra verdiyi açıqlamada, “hadisəyə aydınlıq gətirmək üçün dərhal araşdırmalara başlanılıb. Bu həm intizam, həm də cəza tələb edən cinayətdir. Ukrayna Silahlı Qüvvələrinin rəis müavini general-leytenant Yevgeni Moysyukun rəhbərliyi ilə komissiya yaradılıb. İstintaq zamanı adı çəkilən əsgər ordudan qovulub”, – deyə bildirib.
Leyla, Medianews.az