Medianews.az xəbər verir ki, İngiltərə kraliçası II Yelizaveta 70 il 127 günlə ən uzun hökmranlıq edən ikinci monarx kimi tarixə düşüb.
Britaniya kraliçası 2016-cı ildə vəfat edən Tayland kralı Bhumibol Adulyadeji geridə qoyub və 4 yaşında kral olmuş fransız 14-cü Luidən sonra ən çox sağ qalan şəxs olub.
Keçən həftə sonu 96 yaşlı Kraliçanın “Platinum” ildönümü qeyd edildi. Dörd gün dörd gecə qeyd edilən ildönümü Böyük Britaniyada müzakirələrə səbəb olub.