Egey və Şərqi Aralıq dənizində müxtəlif xilasetmə əməliyyatlarında iştirak edən yunan fəal İasonas Apostolopoulos Avropa Parlamentində keçirilən tədbirdə Yunanların qaçqınlara qarşı təzyiq etməsindən danışıb.
Medianews.az xəbər verir ki, yunan fəal sığınacaq axtaranların quruya çıxmaq istəyərkən açıq dənizlərə itələndiyini bildirib.
İasonas Yunanıstanın geri çevirdiyi immiqrantları xilas etdiyini də açıqlayıb. Iasonas Apostolopoulos yunan fəalıdır. O, həyatını Aralıq və Egeydə ölümə tərk edilən mühacirlərə həsr edib. O, dəfələrlə vətəndaş cəmiyyəti platformaları ilə xilasetmə əməliyyatlarında iştirak edib.
O, ölkəsinin mühacirlərə qarşı qeyri-insani rəftarını izah etmək üçün keçən ay Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinə gedib. Bütün bu etdiklərinə görə hədəfə alınan və vətənə xəyanətdə günahlandırılan Apostolopulos sosial şəbəkədəki reaksiyalara cavab verib.
“Sərhəddə qaçqınları öldürmək vətənpərvərlikdirsə, mən satqın sayılmağı üstün tuturam”, -deyə İasonas bildirib.
Medianews.az