İtaliyada 2 gün əvvəl baş verən və 4-ü “Ezcaşıbaşı” şirkətinin işçisi olmaqla 7 nəfərin həyatını itirdiyi helikopter qəzasının yeni görüntüləri ortaya çıxıb.
Medianews.az xəbər verir ki, görüntülərdə helikopterin rahat şəkildə uçduğu görünərkən, havanın dumanlı olması detalı diqqətdən qaçmayıb.
Yarmarka üçün İtaliyaya gedən “Ezcaşıbaşı Holding”in işçilərini daşıyan helikopter Apennin dağlarında itib. Təcili olaraq aparılan işlərdən sonra dünən helikopterdəki insanların cansız cəsədləri tapılıb. Ölənlərdən 4-ü türk iş adamıdır.
7 nəfərin həyatını itirdiyi helikopter qəzası ilə bağlı yeni görüntülər ortaya çıxıb. Livanlı sərnişinin çəkdiyi və İtaliya mətbuatının paylaşdığı görüntülərdə helikopterin problemsiz şəkildə uçduğu görünür. Lakin havanın dumanlı və buludlu olması da diqqətdən yayınmır. İtaliya hakimiyyəti qəzanın pis hava şəraiti səbəbindən baş vermə ehtimalını nəzərdən keçirir.
Qeyd edək ki, Helikopterdə “Eczacıbaşı Holding”in 4 rəhbər şəxsi, 2 Livan vətəndaşı və italyan pilot Korrado Levorin olub. Apennin dağlarına çatan helikopter qalıqları arasında 7 nəfərin cansız cəsədi tapılıb. İtaliyanın Toskana və Emiliya-Romanya bölgələri arasında qəzaya uğrayan helikopterdə sağ qalan olmayıb.
Medianews.az