Türkiyə 16 yaşlı gənc qız faciəvi şəkildə həlak olub.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində baş verib.
Belə ki, gölü kənarında gəzintiyə çıxan 16 yaşlı qız qolundan tutularaq zarafat məqsədilə suya atılıb və hadisə nətiəsində gənc qız boğularaq ölüb.
16 yaşlı Rukiye Ömür Samsunda dostları ilə piknik etmək üçün gölünün sahilinə gedib. 4 dost piknikdə olarkən Serkan A. zarafat etmək üçün Rukiye Ömürün qolundan tutaraq suya atıb. Üzmək bilməyən Rukiye Ömürün suda çətinlik çəkdiyini görən dostları Sıla S. və Yunus E.T onun köməyinə qaçıblar. Onlar ətrafdan tapdıqları ağac budaqlarını yığaraq suda çırpınan qıza verib, budaqların köməyi ilə gənc qızı sahilə çıxarıb və təcili yardıma məlumat veriblər.
Təcili yardımla xəstəxanaya aparılan Rukiye Ömürü bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və həyatını itirib.
Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az