Müğənni Səidə Sultan pərəstişkarlarını sevindirib.
BAKU.WS xəbər verir ki, sənətçi uzun müddətdən sonra “Sus” adlı mahnısını musiqisevərlərin ixtiyarına verib. Sənətçinin yeni ifasının söz və musiqisi RZZA-ya məxsusdur. “Sus”un aranjimanını Emin Kərim edib.
Səidə yeni layihəsi üçün kamera qarşısına keçməyi də unutmayıb. O, yay sinqlı olacaq ifası üçün bir-birindən maraqlı fotolar lentə alıdırıb.
Sultan yenə də iddialı və cazibədar obrazları ilə bütün diqqətləri üzərinə toplamağı bacarıb.