Yaponiya hökuməti Covid-19 epidemiyası səbəbilə bağladığı sərhəd qapılarını təxminən 2 ildən sonra xarici turistlərin üzünə açdı.
Medianews.az xəbər verir ki, Yaponiya Covid-19 ilə mübarizə çərçivəsində iki ildən artıqdır ki, xarici turistlərə qarşı sərhəd tədbirlərini ləğv etdiyini açıqlayıb.
Hökumətin qərarına uyğun olaraq, Yaponiya Turizm Agentliyi (JTA) yeni müddətə turist qəbulu direktivini elan edib.
“Paket turlar”da müəyyən turistik məntəqələri ziyarət edə bilən qruplar arasında hal aşkar edilərsə, yerli administrasiyaların epidemiyaya qarşı reaksiya imkanları ölçüləcək.
Xarici turistlərdən səyahətləri zamanı maska taxmaq və şəxsi tibbi sığorta tələb olunacaq.
Digər tərəfdən, şimalda Hokkaydo və cənubda Okinavadan məşhur turizm istiqamətlərinə beynəlxalq uçuşlar bərpa olunacaq.
Medianews.az