Macarıstanın baş naziri Viktor Orban Rusiya qazına qoyulan embarqonun Avropa iqtisadiyyatını məhv edəcəyini bildirib.
Medinews.az xəbər verir ki, Orban bu gün dövlət radiosunda verdiyi açıqlamada Avropa Birliyinin (AB) embarqo qərarı ilə bağlı tənqidlərini davam etdirib.
Orban bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar artıq enerji qiymətlərini və inflyasiyanı sürətlə artırıb. Macarıstanın baş naziri, ölkəsində bir çox məhsulun qiymətlərinin sürətlə artdığını qeyd edərək, keçən ay 10 faizi keçən inflyasiyanın 16 faizə qalxacağını bildirib.
Qeyd edək ki, Aİ-yə üzv ölkələrin liderləri ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizini qadağan edən 6-cı sanksiyalar paketi üzrə razılığa gəliblər, Macarıstan isə sanksiyalardan azad edilib.
Leyla, Medinews.az