Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Southampton Universitetinin paleontoloqları uzunluğu 10 metrdən çox olan və təxminən 125 milyon il əvvəl yaşadığı təxmin edilən yırtıcı heyvanın qalıqlarını tapıblar.
Uayt adasının cənub-qərb sahilində tapılan sümüklərin ikiayaqlı, timsah üzlü, yırtıcı spinozavr dinozavrına aid olduğu bildirilib.
Tədqiqata rəhbərlik edən doktorant Chris Barker, qalığın ehtimalla bir neçə ton ağırlığında “nəhəng heyvan” olduğunu bildirərək, bunun Avropada indiyə qədər tapılmış ən böyük yırtıcı dinozavr fosili olduğunu söyləyib.
Fosilə “ağ qaya spinosaurid” adı verilərək, qalıqlar üzərində aparılan araşdırmalar səbəbilə fosilə hələ elmi ad verilmədiyi də qeyd edilib.
Medianews.az